Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Ağdam-Xankəndi yolu Azərbaycana inteqrasiya yoludur": DEPUTAT


"Ağdam-Xankəndi yolu Azərbaycana inteqrasiya yoludur": DEPUTAT
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Ağdam-Xankəndi yolu Azərbaycana inteqrasiya yoludur": DEPUTAT

Azərbaycanın Xankəndinə qida və digər zəruri malların göndərməsi növbəti qələbəmizdir.

Bu sözləri Xeberoxu.Az-a Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva açıqlayıb.

Parlamentin üzvü Ü.Həmzəyeva bildirib ki, Azərbaycan Qarabağda yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi yenidən inteqrasiyasında qərarlı olduğu üçün, Ermənistan da ölkəmizin daxili işlərinə qarışmamalı, erməni azlıqların inteqrasiyasına xələl gətirməməlidir.
Azərbaycan Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını və təminatını öz üzərinə götürməyə hazırdır. Ağdam-Xankəndi yolu ilə humanitar missiyanın reallaşdırılması Qarabağ ermənilərinin cəmiyyətimizə reinteqrasiya prosesinin sürətləndirilməsinə kömək edəcək, həmçinin bölgəni hərbisizləşdirməklə dayanıqlı sülhün təmin olunmasına təkan verəcək".

Millət vəkili hesab edir ki, bundan sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin yardımı Ağdam-Xankəndi yolu vasitəsilə daşınacaq.

"Laçın yolunda Azərbaycanın gömrük-nəzarət rejimi fəaliyyət göstərir. Bakı-Ağdam-Xankəndi-Şuşa avtomobil yolu və Bakı-Ağdam-Xankəndi dəmir yolu xətti Qarabağın inkişafında önəmli rol oynayıb və bərpa edilərək öz missiyasını davam etdirməlidir. Münaqişə dövründə dəmir yolu xətti sıradan çıxsa da, hazırda avtomobil yolu ilə gediş-gəliş tamamilə mümkündür. Ona görə də, ermənilərin hər hansı bəhanəsinə yer yoxdur. Bu bölgə Azərbaycanın ərazisidir və bütün kommunikasiyalar dövlətimizin vasitəsilə həyata keçirilməlidir. Ağdam-Xankəndi yolu Azərbaycana inteqrasiya yoludur. Burada həm dəmiryolu, həm də avtomobil yolu infrastrukturun genişlənməsi, inkişaf etdirilməsi gələcək üçün bir çox perspektivlər vəd edir. Ağdam-Xankəndi yolu gələcəkdə bütün Cənubi Qafqazda yol infrastrukturunun beynəlxalq yük daşımaların tərkib hissəsinə çevrilə bilər. Bu baxımdan da bu yolun bərpasının əhəmiyyəti olduqca böyükdür və zəruridir. Azərbaycan gələcəyə yönəlik doğru addımlar atır. Bu torpaqlar bizimdir və kimin haradan keçəcəyinə dövlətimiz qərar verir", - deyə o fikirini yekunlaşdırıb.

Çingiz Əmrahov
Xeberoxu.Az

Son Xəbərlər