Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Ağdam-Xankəndi yolunun açılması Azərbaycanın prinsipial şərtlərinin qəbul olunması deməkdir": DEPUTAT


"Ağdam-Xankəndi yolunun açılması Azərbaycanın prinsipial şərtlərinin qəbul olunması deməkdir": DEPUTAT
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Ağdam-Xankəndi yolunun açılması Azərbaycanın prinsipial şərtlərinin qəbul olunması deməkdir": DEPUTAT

Rusiya Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə məxsus yük maşınlarının Qarabağdakı erməniəsilli sakinlərə Ağdam-Xankəndi yolu ilə çatdırılması və yolun artıq istifadə üçün açıq olduğunu Azərbaycanın prinsipial şəkildə üzərində dayandığı şərtlərin qəbul olunması deməkdir. Bu addım Qarabağdakı separatçıların və onların havadarlarının siyasi manipulyasiyalarının fiaskoya uğraması və Azərbaycanın qələbəsidir. Bununla da, ərzaq və qeyri-ərzaq məhsulları ilə yüklənmiş maşınların bundan sonra Ağdam-Xankəndi yolu ilə hərəkəti rəsmiləşmiş oldu və beynəlxalq birlik qarşısında süni humanitar blokada yaratamağa çalışan ermənilərin oyunları bitdi. Bu, həm də Azərbaycana qarşı başlanmış açıq iftira kampaniyasına da nöqtə qoydu və Azərbaycan siyasi-diplomatik qələbə qazandı.

Bu fikirləri Xeberoxu.Az-a Milli Məclisin deputatı Aydın Hüseynov açıqlayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, Xankəndi-Ağdam yolunun açılması Azərbaycanın geridönməz qətiyyətinin, prinsipial mövqeyinin müsbət sonluqla başa çatması, qələbəsidir. Aprelin 23-də Azərbaycanın Ermənistanla şərti sərhəddə nəzarəti-buraxılış məntəqəsini qurduqdan və beynəlxalq normalara uyğun sərhəd-nəzarət sistemini işə saldıqdan sonra Laçın-Xankəndi yolunda qanunsuz daşınmaların, qeyri-qanunu keçidlərin və qaçaqmalçılığın da qarşısı alındı. Bununla da Ermənistandan Xankəndinə daşınan təyinatı şübhə doğuran malların tranziti məhdudlaşdırıldı. Azərbaycan Xankəndinə ərzaq və digər malların daşınmasında əsas yol olan Ağdam-Xankəndi yolunun istifadəsini təklif edərək bu marşrutun yeganə nəqliyyat bağlantısı olmasını beynəlxalq birliyə qəbul etdirdi. Bu, həqiqən də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsinin, möhkəm qətiyyətinin və qələbə əzmkarlığının təntənəsidir.   

A. Hüseynov onu da əlavə edib ki, Azərbaycan əzmkarlığı ilə artıq regiondakı proseslərin tənzimlənməsində rəsmi Bakının yeganə aktor, qeyd-şərtsiz söz sahibi olmasını göstərir. Azərbaycan regionda özünün təkidli şərtlərini irəli sürməklə beynəlxalq təşkilatlara və Ermənistana daxili işlərimizə qarışmamağa, bölgədə yaşayan ermənilərin sosial-siyasi hüquqları ilə bağlı qərarları müəyyən etdiyi prinsiplərlərlə həll olunduğunu nümayiş etdirərək bu siyasi qərarından bir addım geri çəkilmir və bu, bizim siyasi-diplomatik uğurlarımızı daha da möhkəmləndirir. Bu, həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında yaşayan ermənilərin taleyi ilə bağlı son sözün də Azərbaycan tərəfindən verildiyini təsdiqləyir.

Çingiz Əmrahov
Xeberoxu.Az

Son Xəbərlər