Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Alma qabığının bilmədiyiniz faydaları


Alma qabığının bilmədiyiniz faydaları
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Alma qabığının bilmədiyiniz faydaları

Təbiətdə olan tərəvəzlər, meyvələr şəfa mənbəyidir. Bunların məlum olan və məlum olmayan bir çox faydaları vardır. Məsələn, alma. Bu meyvənin qabıqları C vitamini, kalsiy, kaliy, fosfor, dəmir və antioksidantlarla zəngindir. Qarşıdan yay ayları gəlir və hər kəs arıqlamaq üçün bir çox üsullara əl atır. Alma qabığından çay hazırlamaqla arıqlamağı asanlaşdıra bilərsiniz. Sevərək istehlak etdiyiniz almanın qabığı əslində həm şəfa mənbəyidir, həm də arıqlamaq istəyənlərin ən yaxın dostudur.

 Xəbəroxu.Az xarici mətbuata istinadən alma qabığının faydalarını təqdim edir.

* Alma qabığı çayı ən çox rast gəlinən həzmsizlik və qəbizlik problemlərinə fayda verir.

* Qida tullantılarına görə artan bağırsaq parazitlərinin yığılmasının qarşısını alır. Çəki nəzarətini təmin edir.

* Qan əmələ gətirən hüceyrələrin sayını artırır.

* Alma qabığı çayı yuxarı tənəffüs yollarının xəstəlikləri ilə artan öskürəyi kəsir.


* Alma qabığı güclü yağ yandırıcıdır. İdman və sağlam qidalanma ilə ideal çəkiyə çatmağı hədəfləyir.

* Qaraciyərin bədəndən toksinləri çıxarmasına kömək edir. Bu sayədə dəridə çirkli yağların yığılmasının qarşısını alır.

* Dərinin daha parlaq və sağlam görünməsini təmin edir.

* Üstəlik, aşağı kalorili alma arıqlamağı asanlaşdırır.

Bəs alma qabığı çayı necə hazırlanır?

Bir ədəd qurudulmuş almanın qabığına iki stəkan su, bir çay qaşığı mixək və bir darçın çubuğu əlavə edin. Az dərəcədə odda 15 dəqiqə qaynadıqdan sonra stəkana süzün və içinə 4-5 damcı limon sıxıb için.

Gündə bir stəkan kifayətdir.

Son Xəbərlər