Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Avropa Şurası Qarabağla bağlı bəyanat yayıb


Avropa Şurası Qarabağla bağlı bəyanat yayıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Avropa Şurası Qarabağla bağlı bəyanat yayıb

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində irəliləyişə nail olunmasında fəal iştirak etməyə davam edir.

Xeberoxu.Az xəbər verir ki, bu barədə Avropa Şurasının rəsmi saytında yer alan bəyanatda deyilir.

Məlumata görə, son həftələr Şarl Mişelin Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tərəfindən dəstəklənən səyləri ilk növbədə Qarabağ ermənilərinin humanitar vəziyyətinin həllinə yönəlib: “Klaar və Şarl Mişelin komandası girişin açılması üzrə həll yolu hazırlamaq məqsədilə Bakı, İrəvan və Qarabağ ermənilərinin nümayəndələri ilə mütəmadi olaraq əlaqə saxlayır. Ş.Mişel Laçın dəhlizinin tam fəaliyyəti və Ağdam yolunun açılmasında ardıcıllığı əks etdirəcək addım-addım yanaşma təklif edib. Bu addımların ardıcıllığı və bu yolların hər biri vasitəsilə çatdırılacaq yükün növü, eləcə də müvafiq prosedurlar son danışıqlar zamanı əsas müzakirə mövzusu olub. 

Avropa İttifaqı daha əvvəl əldə olunan razılaşmalara və Beynəlxalq Ədalət Məhkəməsinin qərarına uyğun olaraq Laçın dəhlizinin açılmalı olduğuna qətiyyətlə inanır və qeyd edir ki, Ağdam yolundan istifadə olunması təcili və gündəlik zəruri ehtiyaclarla bağlı yüklərin təmin edilməsi üçün konkret və dayanıqlı həllin bir hissəsi ola bilər. Bu elementlərin müzakirəsi liderlərin 2023-cü il iyulun 15-i  Brüsseldə keçirilən son görüşündən sonra başlayıb”.

Həmçinin qeyd olunub ki, Aİ tərəfi Azərbaycanın Qarabağ ermənilərinin Laçın dəhlizi vasitəsilə Ermənistana və Ermənistandan geriyə hərəkəti ilə bağlı prosedurlara aydınlıq gətirməsinin vacibliyini vurğulayıb.

Son Xəbərlər