Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Azərbaycan bayrağına hörmətsizliyə görə Ermənistan CƏZALANDIRILDI


Azərbaycan bayrağına hörmətsizliyə görə Ermənistan CƏZALANDIRILDI
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Azərbaycan bayrağına hörmətsizliyə görə Ermənistan CƏZALANDIRILDI

“Ağır atletika üzrə dünya çempionatı Ermənistanda keçirilməyəcək”.

Xəbəroxu.Az xəbər verir ki, bunu Azərbaycan Ağır Atletika Federasiyasının İdarə Heyətinin üzvü Anar Hüseynov deyib.

O bildirib ki, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında bayrağımıza qarşı edilən vəhşilik ermənilərin hələ də nəinki sülhə, ümumiyyətlə heç nəyə, xüsusilə də hansısa böyük idman yarışını təşkil etməyə hazır olmadığını göstərmiş, sübut etmişdi.

“Baş verənlərə səssiz qalmamış, komanda olaraq yarışda iştirakdan imtina etmiş, bu yolla öz etirazımızı bildirmişdik. Amma hər şeyi təkcə bununla bitirə bilməzdik.

Bayrağımıza qarşı bu hərəkətin cəzası da olmalı idi. İlk gündən beynəlxalq nüfuzlu təşkilat və federasiyalara məktublar yazdıq, təmaslar qurduq, işin həm mənəvi, həm də hüquqi tərəfinə reaksiya verilməsi, ermənilərin bu addımının pislənilməsi üçün çalışdıq. Ən əsas məsələ isə 2024-cü ildə keçiriləcək dünya çempionatının təşkili hüququnun onlara verilməməsi idi. Halbuki, bu artıq həll olunmuş, razılıqlar alınmış, yalnız rəsmiləşməsi qalan bir məsələ idi. İlk mərhələdə qitə, sonra da dünya çempionatı üçün hazırlıq görən Ermənistan bu istiqamətdə xeyli iş görmüşdü. Ancaq qarşılarına çıxıb bu planlarını poza bildik.
Azərbaycan Ağır Atletika Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə səyləri öz effektini verdi. Beynəlxalq Ağır Atletika Federasiyası ilə az qala gündəlik fəaliyyətimiz nəticəsində bu səhər qurumun İcraiyyə Komitəsinin Kubada keçirilən iclasında 2024-cü ilin ağır atletika üzrə dünya çempionatının Ermənistanda keçirilməməsi, bu hüququn Bəhreynə verilməsi qərarı qəbul edildi. Ədalət bərqərar oldu!

Əsas işlər səssiz görülür. Xalqımızın, dövlətimizin mövqeyi daim gözümüzün önündə oldu, onu əsas götürdük, bayrağımıza qarşı vəhşiliyi çox səs-küy yaratmadan, işimizi ictimailəşdirmədən, amma bir an belə dayanmadan öz diplomatiyamızla susdura bildik. Ölkəmizə yaraşanı da budur. Azərbaycan döyüş meydanında qələbəsini qazanıb, indi də digər cəbhədə bu zəfər davam etdirilməli idi.

Bayraq müqəddəsdir, biz hamımız onun yüksəlməsi, zirvələrdə əbədi dalğalanması üçün çalışırıq. Ona əl atanlar qarşılarında həmişə Azərbaycanı görüblər, görürlər, bundan sonra da görəcəklər”.

Son Xəbərlər