Gündəlik məzənnə

25 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Azərbaycan beynəlxalq ictimaiyyətdən Ermənistana qarşı təzyiqlər edilməsini tələb etməlidir": Rusiyalı ekspert


"Azərbaycan beynəlxalq ictimaiyyətdən Ermənistana qarşı təzyiqlər edilməsini tələb etməlidir": Rusiyalı ekspert
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Azərbaycan beynəlxalq ictimaiyyətdən Ermənistana qarşı təzyiqlər edilməsini tələb etməlidir": Rusiyalı ekspert

Ermənistan tərəfinin son vaxtlar ciddi təxribatlarına şahid oluruq. Bu kimi addımlar bölgə üçün ciddi təhlükədir. Eyni zamanda Ermənistan bölgəyə yeni oyunçular gətirmək niyyətindədir. Bu təxribatları bir növ bununla da əlaqələndirmək olar. Qərb qüvvələrin, xüsusilə də Fransa kimi ölkələrin bölgəyə girmə cəhdləri tərəflər arasında fikir ayrılığına gətirib çıxaracaq. Bu da yeni toqquşmalara səbəb ola bilər. Azərbaycan bu yöndə mövqeyini qəti  şəkildə dünya ictimaiyyətinə bildirməli, Ermənistana qarşı təzyiqlər edilməsini tələb etməlidir. Beynəlxalq ictimaiyyət artıq Ermənistanın iddialarına qarşı tükənmiş səviyyədədir. Ona görə də Azərbaycan bu mövqedən istifadə etməlidir. 

Xeberoxu.Az xəbər verir ki, bu fikirləri Rusiyalı ekspert, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr direktoru Mixail Neyjmakov Modern.az-a bildirib.

O bildirib ki, Ermənistanın təyziqləri beynəlxalq ictimaiyyət tərəfindən dayandırılmazsa, bölgədə ciddi təhlükəsizlik problemi yenidən baş qaldıracaq.

"Rusiya isə bölgədə təhlükəsizliyin təmin olunmasının tərəfdarıdır.  Bunun üçün yenə də tərəflərlə danışıqlar apara bilər. Bu təxribatların isə uzun zaman çəkəcəyini düşünmürəm. Ermənistanın sadəcə istədiyi sülh danışıqlarını pozmaq, regiona yeni qüvvələr daxil etməkdir. Tərəflər arasında ilkin olaraq ilin sonuna planlaşdırılan sülh müqaviləsi də bu təxribatlarla ləğv oluna bilər. Amma tez bir zamanda Rusiyanın vasitəçiliyi  ilə danışıqlara yenidən bərpa olunmalıdır”, - rusiyalı ekspert vurğulayıb

Son Xəbərlər