Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-yə birgə müraciət ünvanlayıblar


Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-yə birgə müraciət ünvanlayıblar
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-yə birgə müraciət ünvanlayıblar

Mina qurbanları, onların ailə üzvləri və Azərbaycan vətəndaş cəmiyyəti təmsilçiləri BMT-yə birgə müraciət ünvanlayıblar.

Xeberoxu.Az müraciəti təqdim edir.

Biz – Ermənistanın və onun hərbi birləşmələrinin Azərbaycan Respublikası ərazisində hələ də mövcudluğunu saxlayan tör-töküntülərinin, oyuncaq hərbi xunta rejiminin mina terrorundan əziyyət çəkən qurbanlar, onların ailə üzvləri, yaxınları, bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq, BMT-nin Baş katibi Antonio Quterreşə, BMT Baş Assambleyasının prezidenti Denis Frensisə, BMT-nin İnsan Hüquqları Şurasının prezidenti Vatslav Balekə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkə müraciət edirik.

1991-ci ildən başlayaraq ötən dövrdə Ermənistan Azərbaycan ərazisində 1 milyondan çox mina basdırıb. Bu minaların sayı vaxtilə münaqişənin olduğu ərazidən məcburi köçkün düşən insanların sayını da üstələyir.

İşğaldan azad edilmiş ərazilərdə təmizləmə işləri nəticəsində bu günədək 95 minə yaxın mina və digər partlayıcı qurğular aşkar edilərək zərərsizləşdirilib. Bu, 100 mindən çox insanın ölümdən xilası deməkdir. Azərbaycan dövləti Ermənistanın basdırdığı minaları gecə-gündüz təmizləyir.

Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş, ən çox mina qurbanı olan ölkələr siyahısındadır. Bu günədək Ermənistanın Azərbaycan xalqına qarşı mina müharibəsi nəticəsində 3393 nəfər azərbaycanlı mina hadisəsinin qurbanı olub. Onların 357 nəfəri uşaq, 38 nəfəri qadınlardır.

2020-ci il 10 noyabr Bəyanatından ötən 3 ilə yaxın müddətdə Ermənistan mina terrorunu bir gün də olsun dayandırmayıb. Əvvəlcə, Ermənistan hakimiyyəti “mina xəritələri”nin olmasını dandı, daha sonra Azərbaycanın tələbi qarşısında guya bəzi “mina xəritələri”ni təqdim etdi, ancaq məlum oldu ki, onlar yalançı, “saxta xəritələr”dir, reallığı əks etdirmir.

2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 19-dək Qarabağ və Şərqi Zəngəzur ərazilərində 314 azərbaycanlı mina partlayışının qurbanı olub. Onlardan 61 nəfəri həlak olub, 253 nəfəri xəsarət alıb. Mina qurbanlarının 149 nəfəri mülki şəxs, 165 nəfəri hərbi qulluqçulardır.

Ermənistanın göstərişi ilə Qarabağdakı hərbi xunta rejimi, onun diversiya qrupları Azərbaycan ərazilərinə hələ də minalar basdırır. Son sutka ərzində artıq 6 nəfər bu mina terrorunun qurbanı olub.

Bu dəhşətdir ki, XXI əsrdə Azərbaycan xalqı öz doğma torpağında mina qurbanları verir.

Biz sizdən soruşuruq, cənab Antonio Quterreş, cənab Denis Frensis, cənab Vatslav Balek, cənab Volker Türk, nəyə görədir bu qurbanlar? Niyə BMT Ermənistanın bu terror fəaliyyətini dayandırmaq üçün hərəkətə keçmir?

Azərbaycan ərazisində nə vaxta qədər oyuncaq hərbi xunta rejimi, “boz zonalar” mövcud olacaq? Bu rejim ləğv olmalı, tərk-silah edilməlidir.

Beynəlxalq qurumlar tez-tez ermənilər üçün Laçın yolundakı keçidin təmin edilməsinin vacibliyi barədə danışırlar. Niyə danışmırlar ki, 2020-ci ildən sonra həmin yoldan Azərbaycan ərazilərini minalamaq üçün nə qədər yeni istehsal edilmiş minalar keçirilib? 2021-ci il istehsalı olan minalar Azərbaycan ərazilərinə necə keçib? Bunlar niyə sual edilmir? Yalnız 2023-cü ilin aprelində Laçın postunun qurulması ilə bu halların qarşısı alındı.

Hamımız yaxşı bilirik ki, bu minalar nə üçündür - köçkünlərin qayıdışını əngəlləmək, onları qorxutmaq, Qarabağda və Şərqi Zəngəzurda başladılan böyük quruculuq işlərinə hər vəchlə mane olmaq.

Hər bir mina qurbanının ailəsi faciə ilə üzləşir. Bu, olduqca ağır dərddir, sağalmaz yaradır. Biz bu yaraları daşıyan insanlarıq.

BMT-dən, digər beynəlxalq təşkilatlardan, dünya dövlətlərindən tələb edirik ki, Ermənistanın bu hərəkətlərinə qiymət versin. Biz sülh və əmin-amanlıq şəraitində dinc yaşamaq istəyirik. Biz minasız dünya istəyirik!

Biz buradan dünyanın bütün tərəqqipərvər insanlarına səslənirik: Ermənistanın Azərbaycana qarşı şiddətlənən mina müharibəsinə, terror fəaliyyətinə etiraz səsinizi ucaldın!

İmzalar:

1. Qasımov Rey - “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri;

2. Səfixanov Hafiz - “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri;

3. Mirzəyev Umud – Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti;

4. Minadan zərərçəkən Məmmədov Zabil Əlastan oğlu;

5. Minadan zərərçəkən Məmmədzadə Vidadi Vəli oğlu;

6. Minadan zərərçəkən Zeynalov Telman Bəbir oğlu;

7. Mina partlayışı nəticəsində həlak olan Əhmədov Yasin Ələsgər oğlunun ailə üzvü

Əhmədov Ələsgər Əziz oğlu;

8. Minadan zərərçəkən Əhmədov Asif Ələsgər oğlu;

9. Minadan zərərçəkən Xudiyev Asəf Mürsəl oğlu;

10. Minadan zərərçəkən Babayev Ramil Nazim oğlu;

11. Mina hadisəsi nəticəsində həlak olmuş Yaqubov Fəxrəddin Yaqub oğlunun ailə üzvü Yaqubov Elşən Yaqub oğlu;

12. Mina hadisəsi nəticəsində həlak olmuş Qəhrəmanov Üzeyir Xəlil oğlunun ailə üzvü Qəhrəmanov Məhəmməd Xəlil oğlu;

13. Mina hadisəsi nəticəsində həlak olmuş Hacıyev Şakir Məhərrəm oğlunun ailə üzvü Hacıyeva Şəbnəm Şakir qızı;

14. Mina hadisəsi nəticəsində həlak olmuş Hacıyev Firuddin Məhərrəm oğlunun ailə üzvü Qədimzadə Tural Firuddin oğlu;

15. Mina hadisəsi nəticəsində həlak olmuş Hüseynov Zülfüqar Adışirin oğlunun ailə üzvü Hüseynov Adışirin Zülfüqar oğlu;

16. Mina hadisəsi nəticəsində həlak olmuş Adilzadə Zibeydə Şakir qızının ailə üzvü Səfərov Samir Məhərrəm oğlu;

17. Minadan zərərçəkən Əhmədov Toğrul Vilayət oğlu;

18. Minadan zərərçəkən Əhmədov Orxan Kamil oğlu;

19. Mina hadisəsi nəticəsində həlak olmuş Babayev Zabil Qabil oğlunun ailə üzvü Babayev Fədakar Qabil oğlu;

20. Minadan zərərçəkən Ələkbərov Elgün Mahmud oğlu;

21. Minadan zərərçəkən Mirzəyev Elməddin Tofiq oğlu;

22. Mina hadisəsi nəticəsində həlak olmuş İmanov Bəhruz Telman oğlunun ailə üzvü İmanov Azad Telman oğlu;

23. Minadan zərərçəkən Muxtarov Azad Aydın oğlu;

24. Mina hadisəsi nəticəsində həlak olmuş Quliyev Mehman Allahverdi oğlunun ailə üzvü Quliyev Şahin Allahverdi oğlu;

25. Mina partlayışı nəticəsində həlak olmuş Ələsgərov Müstəqim Allahverən oğlunun ailə üzvü Ələsgərov Şaiq Müstəqim oğlu;

26. Minadan zərərçəkən Verdiyev Niyaməddin Hikmət oğlu;

27. Minadan zərərçəkən Əzimzadə Hafiz Səlim oğlu;

28. Mina hadisəsi nəticəsində həlak olmuş Hüseynov Bayram və Hüseynov Razinin, o cümlədən xəsarət almış Hüseynov Anarın atası, minadan zərərçəkən Hüseynov Akif Muxtar oğlu;

29. Minadan zərərçəkən Məmmədov Emin Həsən oğlu;

30. Minadan zərərçəkən Quliyev Arif Sabir oğlu;

31. Mina hadisəsi nəticəsində həlak olmuş Abışov Sirac Abış oğlunun ailə üzvü Səmədov Şirzad Abış oğlu;

32. Mina hadisəsi nəticəsində həlak olmuş İbrahimov Məhərrəm Əli oğlunun ailə üzvü İbrahimov Əsgər Əli oğlu;

33. Minadan zərərçəkən Aslanov Xanlar Fazil oğlu;

34. Mina hadisəsi nəticəsində həlak olmuş Həmidov Elsəvər Sovet oğlunun ailə üzvü Həmidov Faiq Sovet oğlu;

35. Minadan zərərçəkən Əbilov Mahir Ramiz oğlu;

36. Mina hadisəsi nəticəsində həlak olmuş Qəndiyev Vüsal Firuddin oğlunun ailə üzvü Qəndiyev Firuddin İsmayıl oğlu;

37. Minadan zərərçəkən Vəliyev Ruhin Sultan oğlu;

38. Minadan zərərçəkən Cabbarov Nicat Novruz oğlu;

39. Minadan zərərçəkən Pənahov Rodik Şəmsəddin oğlu;

40. Minadan zərərçəkən Əliyarov Sadir Heydər oğlu;

41. Minadan zərərçəkən Əsgərov Elnur Asif oğlu;

42. Mina hadisəsi nəticəsində həlak olmuş Alışov Oktay Bayram oğlunun ailə üzvü Alışov Nəsib Oktay oğlu;

43. Mina hadisəsi nəticəsində həlak olmuş Mahmudov Bəxtiyar Mahmud oğlunun ailə üzvü Mahmudov Şəhriyar Mahmud oğlu.

Son Xəbərlər