Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Azərbaycan XİN-dən Paşinyanın əsassız iddialarına CAVAB - FOTO


Azərbaycan XİN-dən Paşinyanın əsassız iddialarına CAVAB - FOTO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Azərbaycan XİN-dən Paşinyanın əsassız iddialarına CAVAB - FOTO

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə Paşinyanın əsassız iddialarına cavab verib.

Ayxan Hacızadə bu barədə öz “Twitter” hesabında paylaşım edib.

O, bu iddiaları beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq cəhdi kimi qiymətləndirib.

“Cənab baş nazir növbəti dəfə beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaradır.

Azərbaycan Silahlı Qüvvələri yalnız hərbi hərəkətlərlə bağlı cavab tədbirləri görüb, nəticədə bir Azərbaycan hərbçisi yaralanıb.
Regionda sabitliyi pozan əsas faktor Ermənistan silahlı qüvvələridir”, - deyə o qeyd edib.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan beynəlxalq ictimaiyyəti Qarabağ əhalisinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün əməli addımlar atmağa çağırıb. Eyni zamanda Laçın yolunun qeyri-qanuni olaraq bağlandığını, həmçinin ötən gecə Azərbaycanın hücumu nəticəsində dörd hərbçinin öldüyünü və Cənubi Qafqazda sabitliyin pozulması riskinin yüksək olduğunu iddia edib.


Mr. Prime Minister again misleads the international community.

Azerbaijani forces have only took retaliatory measures against a military action that wounded a military serviceman of #Azerbaijan.

The major destabilizing factor in the region is Armenian armed forces.

1/3 👉 https://t.co/jCgC0mSqje— Aykhan Hajizada (@Aykhanh)

 June 28, 2023

Son Xəbərlər