Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Azərbaycan Yevlaxda danışıqlar aparmağa hazırdır": Hikmət Hacıyev


"Azərbaycan Yevlaxda danışıqlar aparmağa hazırdır": Hikmət Hacıyev
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Azərbaycan Yevlaxda danışıqlar aparmağa hazırdır": Hikmət Hacıyev

Azərbaycan sentyabrın 21-də Yevlaxda keçiriləcək görüşdə Qarabağın erməni sakinlərinin nümayəndələri ilə danışıqlar aparmağa hazırdır.

Xeberoxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

“Biz təminat almışıq ki, Qarabağdakı erməni hərbi birləşmələri tərksilah olunacaq, döyüş postlarını tərk edəcək, bütün hərbi texnika və silahlar, o cümlədən ağır artilleriya Azərbaycana veriləcək - bütün bunlar Rusiya sülhməramlı kontingenti ilə razılaşdırılmaqla, ” dedi.

H.Hacıyev qeyd edib ki, indiki mərhələdə əsas məsələ Qarabağın erməni əhalisinin reinteqrasiyasıdır.

Sabahkı iclasda bu məsələlərin daha ətraflı müzakirə olunacağı gözlənilir, deyə o əlavə edib.

Son Xəbərlər