Gündəlik məzənnə

27 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Azərbaycanın Fransadakı səfiri "AzTV" əməkdaşlarına hücumu qınayıb - FOTO/VİDEO


Azərbaycanın Fransadakı səfiri "AzTV" əməkdaşlarına hücumu qınayıb - FOTO/VİDEO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Azərbaycanın Fransadakı səfiri "AzTV" əməkdaşlarına hücumu qınayıb - FOTO/VİDEO

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "AzTV" əməkdaşlarına hücumu qınayıb.

 Xəbəroxu.Az xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb.

"Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı Parisdə baş verən hücumu qınayırıq. Jurnalistika fəaliyyətinə qarşı olan bu əməli törədənlərin tapılması və cəzalandırılması üçün tərəfimizdən müvafiq tədbirlər görüləcək", - xanım diplomat qeyd edib.


Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub, xəsarət yetirilib, texnikaları əllərindən alınıb. Dövlət televiziyası bununla bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, AzTV-nin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.


Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı Parisdə baş verən hücumu qınayırıq. Jurnalistika fəaliyyətinə qarşı olan bu əməli törədənlərin tapılması və cəzalandırılması üçün tərəfimizdən müvafiq tədbirlər görüləcəkdir. https://t.co/cZbcHzbFLE— Leyla Abdullayeva (@LAbdullayevaMFA)

 June 29, 2023

Son Xəbərlər