Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

BMT-də Ermənistanın Azərbaycana qarşı vurduğu ekoloji zərbə ilə bağlı məsələ qaldırılıb


BMT-də Ermənistanın Azərbaycana qarşı vurduğu ekoloji zərbə ilə bağlı məsələ qaldırılıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

BMT-də Ermənistanın Azərbaycana qarşı vurduğu ekoloji zərbə ilə bağlı məsələ qaldırılıb

Ermənistanın dağ-mədən sənayesinin Azərbaycana vurduğu ekoloji zərbə ilə əlaqədar BMT-də məsələ qaldırılıb.

Xeberoxu.Az
xəbər verir ki, “Environmental Protection First” (EPF) Koalisiyasının üzvü olan “Sağlamlığa Xidmət” İctimai Birliyinin İcraçı direktoru Pərvanə Vəliyeva sentyabrın 22-də keçirilən Baş Assambleyanın vərəmlə bağlı yüksək səviyyəli görüşündə Ermənistanın qanunsuz, heç bir ekoloji norma və standartlar gözlənilmədən apardığı dağ-mədən sənayesi işlərinin həm region insanlarının sağlamlığını, həm də region ekosistemini təhdid etdiyini bildirib.

P.Vəliyeva Baş Assambleyaya səslənərək deyib: “Təmsil etdiyim təşkilat hazırda Cənubi Qafqaz regionunda Ermənistan Respublikası tərəfindən ekoloji norma və standartları kobud şəkildə pozan dağ-mədən sənayesinin qarşısını almaq məqsədilə advokasiya fəaliyyəti aparır. 

Ermənistan yüksək zəhərli kimyəvi tullantıların ətraf mühitə atılmasına məsul olmaqla beynəlxalq səviyyədə qəbul edilmiş bir çox konvensiyaları, o cümlədən BMT-nin Espoo Konvensiyasının tələblərini kobud şəkildə pozaraq transsərhəd çayları çirkləndirir. Biz insan sağlamlığına və ekosistemimizə zərər vuran, sağlamlığımızı riskə atan bütün cəhdləri pisləyirik”.

Azərbaycan vətəndaş cəmiyyəti təmsilçisinin çıxışı alqışlarla qarşılanıb.

Son Xəbərlər