Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana səfərə gəlir


Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana səfərə gəlir
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana səfərə gəlir

Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson Bakı Enerji Həftəsində iştirak etmək üçün mayın 29-u Azərbaycana dördgünlük rəsmi səfərə gələcək.

Xəbəroxu.Az report-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyindən bildirlib.

Bildirilib ki, bu səfər Böyük Britaniyanın Azərbaycan ilə iqtisadi əlaqələrin gücləndirilməsinə sadiqliyinin növbəti göstəricisidir.

Baronessa Nikolson Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin spikeri Sahibə Qafarova, eləcə də enerji, tikinti və tibb şirkətlərinin nümayəndələri ilə görüşəcək.

Böyük Britaniya Baş nazirinin ticarət elçisi bərpa edilmiş ərazilərin bərpasında əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev və Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov ilə görüşlər keçirəcək.

Səfər çərçivəsində Baronessa Nikolson Azərbaycanın enerji bazarı imkanlarını və "təmiz" enerjiyə keçidi müzakirə etmək üçün "Baku Connect" tədbirində, həmçinin Bakı Enerji Həftəsində və Bakı Enerji Forumunda iştirak edəcək.

Son Xəbərlər