Gündəlik məzənnə

18 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Bu yay Avropada quraqlıq gözlənilir


Bu yay Avropada quraqlıq gözlənilir
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Bu yay Avropada quraqlıq gözlənilir

Avropalı iqlim ekspertləri bu yay və gələn yay Aralıq dənizi və Avropanın cənubunda quraqlığın müşahidə olunacağı ilə bağlı xəbərdarlıq ediblər.

 Xəbəroxu.Az xarici mətbuata istinadən xəbər verir ki, Avropa İttifaqının İqlim Dəyişikliyi Xidmətinin “2022-ci il Avropa İqlim Bəyanatı” hesabatı dərc olunub.

Hesabata görə, son 8 il dünyanın ən isti dövrü olub. 2022-ci il Avropada qeydə alınan ən isti ikinci il olub. Son 5 ildə Avropada havanın orta temperaturu əvvəlki dövrlərdəki 1850-1900 intervalından 2,2 dərəcə yüksək ölçülüb. Bu artım dünya üzrə orta hesabla 1,2 dərəcə olub.

2022-ci ilin yayı həm də Avropada “ən isti yay” kimi qeydə alınıb. Keçən yay Avropanın əksər hissəsində intensiv və uzun istilik dalğalarının yaşandığı bir vaxtda temperatur orta göstəricidən 1,4 dərəcə yuxarı idi.

Avropada havanın temperaturu qlobal orta göstəricidən 2 dəfə sürətlə yüksəlir. Bu artım tempi digər qitələrdən yüksəkdir. Hesabatda keçən yay yaşanan quraqlıq və meşə yanğıntılarına diqqət çəkilib.

Son Xəbərlər