Gündəlik məzənnə

17 Sentyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Ərdoğan şəhidlərimizin ailələri ilə görüşüb


Ərdoğan şəhidlərimizin ailələri ilə görüşüb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Ərdoğan şəhidlərimizin ailələri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Türkiyənin Zəfər bayramı münasibətilə Ankarada keçirilən tədbirdə azərbaycanlı şəhidlərin ailələri ilə görüşüb.

 Xeberoxu.az bildirir ki, bu barədə məlumatı Anadolu Agentliyi yayıb. Ərdoğan şəhidlərimizin ailələri ilə səmimi söhbət edib.

Milli Müdafiə Universitetində Quru Hərbi Məktəbinin diplom və pankartlarının təqdim edilməsi mərasimindən sonra keçirilən görüşdə prezident Ərdoğan,  Azərbaycan qəhrəmanlarının ailələrini 30 avqust Zəfər Gününə həsr olunmuş xüsusi konsertə dəvət edib.
Şəhidlərin valideynləri ilə bir-bir əl sıxan Ərdoğan “Bütün şəhidlərimizin məkanı cənnət olsun” deyib.

Döyüşdə həlak olanlara Allahdan rəhmət diləyən Ərdoğan, “Sayqılar olsun, türkün sayəsində, Allaha şükür, torpaqlarımız azad olundu” deyən şəhid anasına “Birlikdə sağ olun” deyə cavab verib.

Görüşdən sonra prezident Ərdoğan qəhrəmanların ailələri ilə xatirə şəkli çəkdirib.

Son Xəbərlər