Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Erməni silahlı dəstələri ağ bayraq qaldırmalıdır": PA


"Erməni silahlı dəstələri ağ bayraq qaldırmalıdır": PA
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Erməni silahlı dəstələri ağ bayraq qaldırmalıdır": PA

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ermənistanın Azərbaycan ərazisində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin “danışıqlara başlamaq çağırışı” ilə əlaqədar bildirir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər”.

Bu barədə Xeberoxu.Az-a administrasiyadan məlumat verilib.

“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır.

Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək”, - administrasiyadan qeyd olunub.

Son Xəbərlər