Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mühüm yenilik: Beynəlxalq statusdan regional statusa – Təhlil


Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mühüm yenilik: Beynəlxalq statusdan regional statusa  – Təhlil
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mühüm yenilik: Beynəlxalq statusdan regional statusa – Təhlil



Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri kifayət qədər maraqlı məqamlar ilə yadda qaldı. Xüsusilə ölkə başçısının Tiflisdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata bəyanatında dedikləri diqqət çəkir.

Xeberoxu.Az xəbər verir ki, Prezident deyib ki, “bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsənəlbəttə biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik”. 

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, habelə sülh prosesi 3 əsas formatda müzakirə edilir: Brüssel, Vaşinqton və Moskva. Rəsmi Bakı nə formatların çoxluğundan, nə də keçirilən görüşlərdən narazı deyil. Onsuz da narazı olduğu məqamlarda bunu açıq şəkildə bildirir. 

Bakını narazı salan əsas məqam Prezidentin də dediyi kimi birtərəfli və qərəzli yanaşmaların sərgilənməməsidir. Azərbaycan konstruktiv danışıqlardan yanadır. 

Bundan başqa ölkə başçısı həm də qeyd edib ki, bu sahədə ən düzgün seçim həm tarixi əlaqələri, həm də coğrafi faktoru nəzərə alaraq əlbəttə ki, Gürcüstan ola bilərdi.

“Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik. Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər” - dövlət başçısı qeyd edib.

Rəsmi Tiflis həm Bakıya, həm də İrəvana yaxındır. Siyasi-diplomatik baxımdan hər iki ölkə ilə xoş münasibətləri var. Bundan başqa Gürcüstanın yaxın keçmişdə həm əsir mübadiləsi, həm də minalanmış ərazilərin xəritələrinin verilməsi kimi məsələlərdə uğurlu vasitəçilik missiyası olub. Bu baxımdan Prezidentin təklifi məqbul və konstuktivdir. 
Lakin burada əsas diqqətçəkən məqam ölkə başçısının verdiyi mesajdır. Məsələ ondadır ki, Gürcüstanın Brüssel, Vaşinqton və ya Moskva kimi geopolitik nüfuzu yoxdur. Burada diqqətçəkən məqam Gürcüstanın region ölkəsi olmasıdır. Prezident bu təkliflə

Ermənistan-Azərbaycan danışıqlarının və ümumilikdə münaqişənin beynəlxalq statusdan regional statusa enməsini istəyir. Yəni bu məsələ Cənubi Qafqazın məsələsidir və həlli də Cənubi Qafqazda ən yaxşı halda region ölkələri ilə həll edilməlidir. 

Bakının bu təklifinə digər region ölkələri İran, Rusiya, Türkiyə də müsbət baxacaq. Ermənistan hələlik təklif ilə bağlı mənfi və ya müsbət nəsə deməsə də demək olar ki, qeyd edilən ölkələr ayrı-ayrılıqda İrəvana təzyiq etsə gec-tez Ermənistan da Bakının təklifini qəbul etməli olacaq.

Müəllif: Politoloq Turan Rzayev

Niyaz Hacıyev 

Son Xəbərlər