Gündəlik məzənnə

23 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Ermənistan Azərbaycanı bu reyslə bağlı xəbərdar etdi


Ermənistan Azərbaycanı bu reyslə bağlı xəbərdar etdi
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Ermənistan Azərbaycanı bu reyslə bağlı xəbərdar etdi

Ermənistan Azərbaycanı İrəvan-Qafan sınaq reysi barədə xəbərdar edib.

Xəbəroxu.Az-ın xəbərinə görə, bu barədə Ermənistanın Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Aprelin 26-da saat 10:58-də İrəvanın Zvartnots hava limanından gələn təyyarə Qafanın Sünik hava limanına enib. Uçuş üçün kiçik tutumlu (19 sərnişin üçün) Çexiya istehsalı olan L-410-UVP E20 təyyarəsi seçilib.
"Müəyyən edilmiş qaydada aprelin 25-də həyata keçirilən reys barədə məlumat stasionar teleqraf rabitəsindən istifadə etməklə Azərbaycanın hava hərəkəti xidmətinə ötürülüb", - məlumatda deyilir.

Mülki Aviasiya Komitəsi  təyyarənin qalxma və eniş zamanı Azərbaycanın nəzarət etdiyi ərazini keçib-keçməməsi ilə bağlı suala mənfi cavab verib.

Komitə qeyd edib ki, istənilən sınaq uçuşunun məqsədi texniki və digər problemlərin müəyyən edilməsi və aradan qaldırılmasıdır.

Son Xəbərlər