Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Fuad Nəcəfli ÜST-ün Azərbaycandakı nümayəndəsini qəbul edib


Fuad Nəcəfli ÜST-ün Azərbaycandakı nümayəndəsini qəbul edib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Fuad Nəcəfli ÜST-ün Azərbaycandakı nümayəndəsini qəbul edib

Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndə heyəti ilə görüşüb. 

Xeberoxu.Az xəbər verir ki, bu barədə "Nuhçixan" İnformasiya Agentliyi məlumat yayıb.

Qonaqları salamlayan səlahiyyətli nümayəndə son aylarda muxtar respublikada həyata keçirilən səhiyyə islahatları barədə məlumat verib. Bildirib ki, Naxçıvan səhiyyəsində daha mütərəqqi və inkişaf etmiş struktur dəyişiklikləri aparılır. Ötən müddətdə həyata keçirilən tədbirlər nəticəsində bu sahədə şəffaflıq təmin edilib, səhiyyə personalının hüquqları bərpa olunub və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti artırılıb.  

Hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın əsas prioritet istiqamətlərindən birinin səhiyyə sahəsinin inkişafı olduğunu bildirən Fuad Nəcəfli Naxçıvanda özəl tibb müəssisələrinin yaradılmasının vacibliyini diqqətə çatdırıb. Səlahiyyətli nümayəndə investorların bu sahədə reallaşdırılacaq mühüm layihələrdə iştiraka cəlb olmasının əhəmiyyətini vurğulayıb, bu baxımdan Ümumdünya Səhiyyə Təşkilatı ilə geniş əməkdaşlığın qurulmasının vacibliyinə toxunub. 

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı muxtar respublikada aparılan əsaslı səhiyyə islahatlarından məmnunluğunu ifadə edib. Qonaq Naxçıvan Muxtar Respublikası ilə işbirliyinin qurulmasında maraqlı olduqlarını diqqətə çatdıraraq vurğulayıb ki, Azərbaycanda səhiyyənin inkişafına hədəflənmiş yeni dövlət proqramı hazırlanır.  

Görüşdə sözügedən dövlət proqramına xüsusilə Naxçıvanda ölkə üçün mühüm səhiyyə yeniliklərini ehtiva edəcək pilot layihələrin əlavə edilməsi məsələləri müzakirə edilib, birgə fikir mübadiləsi aparılıb. 
90874_64ecaa4e0e710.jpg 157.18 KB

Son Xəbərlər