Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Həmin vaxtdan 12 təqvim günü keçib, lakin qanunsuz rejim yolların açılmasından imtina edir": Prezidentin köməkçisi

Sentyabrın 1-i Prezident İlham Əliyevlə ABŞ Dövlət katibi Entoni Blinken arasında baş tutan telefon danışığı zamanı razılaşdırıldığı kimi, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının BQXK-nın yük maşınları üçün tez bir zamanda və eyni vaxtda açılmasını təmin etmək üçün BQXK ilə qarşılıqlı əlaqələri davam etdiririk.

Xeberoxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabındakı paylaşımında deyib.

Onun sözlərinə görə, həmin vaxtdan 12 təqvim günü keçib, lakin buna baxmayaraq, Ermənistana tabe olan qanunsuz rejim bu keçidə icazə verməkdən və yolların açılmasından imtina edir: “Biz beynəlxalq tərəfdaşlarımızı səylərini artırmağa, Ermənistan və ona tabe olan qanunsuz rejimə bu dağıdıcı siyasətə son qoyulması üçün təzyiq göstərməyə çağırırıq. “Boz zona”da status-kvonun saxlanılması və humanitar məsələlərdən bilərəkdən silah kimi istifadə edilməsi onların faydasız strategiyasıdır”.

Son Xəbərlər