Gündəlik məzənnə

18 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Hikmət Hacıyev Qriqoryanla görüşüb


Hikmət Hacıyev Qriqoryanla görüşüb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Hikmət Hacıyev Qriqoryanla görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Xeberoxu.Az
məlumat verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin mətbuat xidməti Hikmət Hacıyevlə Armen Qriqoryan arasında baş tutan görüşə dair bəyanat yayıb.

Bildirilib ki, Şarl Mişelin diplomatik müşavirləri Simon Mordue və Maqdalena Qrononun ev sahibliyi etdiyi görüşdə Almaniya Kanslerinin siyasi müşaviri Yens Plötner və Fransa Prezidentinin siyasi müşaviri Emmanuel Bonno, həmçinin Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Kların iştirak edib.

Qeyd olunub ki, Şarl Mişel də qısa fikir mübadiləsi üçün iştirakçılara qoşulub.

Vurğulanıb ki, Aİ iştirakçıları bölgədəki hazırkı vəziyyətə və yerli əhalinin təcili ehtiyaclarının qarşılanmasına hədəflənmiş müxtəlif səylərə dair fikir mübadiləsi aparmağa dəvət edib.

Son Xəbərlər