Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

İcma: "Avropa Şurasının bəzi rəsmilərinin antiterror tədbirləri ilə bağlı qərəzli bəyanatları qınayırıq"


İcma: "Avropa Şurasının bəzi rəsmilərinin antiterror tədbirləri ilə bağlı qərəzli bəyanatları qınayırıq"
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

İcma: "Avropa Şurasının bəzi rəsmilərinin antiterror tədbirləri ilə bağlı qərəzli bəyanatları qınayırıq"

Qərbi Azərbaycan İcması olaraq Avropa Şurasının bəzi rəsmilərinin Azərbaycanın Qarabağ regionunda həyata keçirdiyi antiterror tədbirləri ilə əlaqədar verdikləri qərəzli bəyanatları qınayırıq.

 Xeberoxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib.

Qeyd edilib ki, terror təhdidlərini dəf etmək və Konstitusiya quruluşunu bərqərar etmək üçün öz ərazisi daxilində tədbirlər həyata keçirmək Azərbaycanın suveren hüququdur:

“Ermənistandan azərbaycanlıların qovulmasına, Ermənistanın Azərbaycan ərazilərini işğal edib oranı viran qoymasına, bir milyona yaxın azərbaycanlını oradan didərgin salmasına göz yuman, Azərbaycanın təkidli müraciətlərinə cavab olaraq, Avropa Şurasının bu məsələ ilə məşğul olmadığını bildirənlər indi nədənsə Azərbaycanın qanuni tədbirləri ilə bağlı narahat olmağa başlayıblar. Biz Avropa Şurasını Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə və Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına dəstək verməyə çağırırıq”.


Son Xəbərlər