Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

İcma Fransa rəhbərliyinin qərəzli çıxışlarına cavab verib


İcma Fransa rəhbərliyinin qərəzli çıxışlarına cavab verib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

İcma Fransa rəhbərliyinin qərəzli çıxışlarına cavab verib

Fransa Prezidenti və xarici işlər nazirinin son açıqlamaları bir daha onu göstərir ki, rəsmi Paris bütün səviyyələrdə və platformalarda Azərbaycana qarşı düşmən münasibətini davam etdirir. İrqçiliyə qarşı etirazları polis gücü ilə yatıran və bu hadisələr fonunda dünyada imici darmadağın olan, Afrika qitəsində dalbadal biabırçı məğlubiyyətlərə düçar olaraq ölkələrdən qovulan Fransa, görünür, Azərbaycana qarşı hansısa addımların atılması ilə təskinlik tapmaq istəyir.

Xeberoxu.Az-ın məlumatına görə, bu barədə Qərbi Azərbaycan İcmasının Fransa Prezidenti və xarici işlər nazirinin qərəzli açıqlamaları ilə bağlı bəyanatında bildirilib.

Bəyanatda deyilir: “Fransa xarici işlər nazirinə xatırladırıq ki, “əxlaqsızlıq” Əlcəzairdə soyqırımı törədən, müxtəlif tayfaları məhv edən, əlcəzairli azadlıq döyüşçülərinin kəllələrini hərbi qənimət kimi Parisdə muzeydə saxlayan, özündən min kilometrlərlə uzaqda yerləşən əraziləri hələ də müstəmləkə işğalında saxlayan, Sakit okeanda keçirdiyi nüvə silahı sınaqları ilə müxtəlif xalqlara və ətraf mühitə zərərlər yetirən, Korsika dilini qadağan edən Fransanın hərəkətidir.
Ermənistanın 1987-1991-ci illərdə azərbaycanlıların hamısını öz ərazisindən vəhşicəsinə qovmasına, 1991-1994-cü illərdə Azərbaycan ərazilərini işğal etməsinə, oradan 800 minə yaxın azərbaycanlını qovmasına, Azərbaycanın 900-dən artıq şəhər və kəndini yer üzündən silməsinə, 20 mindən artıq azərbaycanlını qətl etməsinə, Qaradağlı, Xocalı, Malıbəyli, Meşəli, Ağdabanda qətliamlar törətməsinə göz yuman Fransa xarici işlər nazirinin indi Azərbaycanı “etnik təmizləmə” niyyətində olmaqda ittiham etməsi bu əxlaqsız siyasətin növbəti təzahürüdür.

Artıq bütün dünyaya aydındır ki, Fransa Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasını istəmir və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin reinteqrasiyasını əngəlləməyə çalışır. Fransa mənəviyyata, beynəlxalq hüquqa həqarət olan islamofobiya, Azərbaycanofobiya siyasətinə, məsələlərə dini təəssübkeşlik prizmasından yanaşmağa son qoymalıdır.

Qərbi Azərbaycan İcması tarixi soyqırımı, müstəmləkəçilik və ədalətsizliklərlə dolu Fransanın öz siyasətinin mənfur mahiyyətini pərdələmək üçün insan hüquqları kimi nəcib dəyərlərdən sui-istifadə etməsinə imkan verməyəcək və onun ikili standartlar maskasını yırtmaqda davam edəcək”.

Son Xəbərlər