Gündəlik məzənnə

24 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

İran dağıdıcı "silahını" İsraillə müharibəyə göndərdi- Qorxunc ssenari


İran dağıdıcı "silahını" İsraillə müharibəyə göndərdi- Qorxunc ssenari
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

İran dağıdıcı "silahını" İsraillə müharibəyə göndərdi- Qorxunc ssenari

İran dağıdıcı "silahını" İsraillə müharibəyə göndərdi- Qorxunc ssenari

Xeberoxu.Az xəbər verir ki, Ötən gün HƏMAS-İsrail müharibəsində mühüm yenilik oldu. Belə ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü, general Yəhya Səri silahlı qüvvələrin İsrail ordusunun mövqelərinə qarşı raket və pilotsuz təyyarə hücumları həyata keçirdiyini bildirdi. 

Yəmənin Ənsərullah (husilər) hərəkatı da ötən gün HƏMAS-ın İsrailə qarşı başlatdığı “Əl-Əqsa tufanı” əməliyyatına qoşulduğunu açıqlayıb. Bununla da HƏMAS Hizbullahdan sonra husilər də İsrailə döyüşlərə qoşulduğunu açıqlamış oldu. 

İlk öncə onu qeyd edim ki, Yəmən Silahlı Qüvvələrinin və husilərin “Əl-Əqsa tufanı” əməliyyatına qoşulması Yəmənin rəsmi olaraq İsrailə müharibə elan etməsi demək deyil. Çünki Yəməndə 2014-cü ildən bəri vətəndaş müharibəsi gedir.

Ümumiyyətlə Yəmən “Ərəb baharı” dalğasının gətirdiyi siyasi və ideoloji təlatümlərdən illərdir canını qurtara bilmir. Yəməndə formalaşan mürəkkəb ictimai-siyasi mühit, ağır iqtisadi şəraitin olması baş qaldıran vətəndaş müharibəsini öz miqyasına, dağıntılarına və insan itkilərinə görə digərlərindən kəskin fərqləndirir.

Ölkənin əlverişli geosiyasi mövqeyi, Ədən körfəzinə və Hind okeanına, yəni dünya dəniz ticarətinin əsas yollarına çıxışının olması da bu ölkəni ciddi geosiyasi qarşıdurma məkanlarından birinə çevirdi.

2014-cü ilin ortalarında ölkənin şimalında cəmləşmiş İranmeyilli şiə qruplarının Səudiyyə Ərəbistanı tərəfindən himayə edilən mərkəzi hökumətə qarşı siyasi və iqtisadi tələblərlə başlayan etirazları qısa zamanda irimiqyaslı vətəndaş müharibəsinə keçdi. Yəni müharibənin tərəfləri qismində Yəmənin mərkəzi hökuməti və husi üsyançıları çıxış etsələr də münaqişənin görünməyən, lakin başlıca maraqlı cəbhələri Səudiyyə Ərəbistanı və İrandır. Buna görə də Yəmənin rəsmi olaraq İsrailə müharibə elan etməsi doğru deyil. 

Bununla belə Yəmən Silahlı Qüvvələrinin və husilərin “Hizbullah”dan sonra HƏMAS-a dəstək verməsi diqqət çəkir. Xüsusi ilə də bu dəstəyin məhz İsrailin Qəzzada başlatdığı quru əməliyyatından dərhal sonra baş tutması təsadüf deyil. Rəsmi Tehran Yəmən Silahlı Qüvvələri və husiləri prosesə cəlb edərək 3 başlıca şeyə nail olmaq istəyir:

Birincisi, Yəmənin paytaxtı Səna, Ədən körfəzi və Hind okeanına çıxışı olan başlıca məntəqələr üsyançı husilərin nəzarətindədir. İran Yəmənin geosiyasi mövqeyindən istifadə edərək İsrailin Hind okeanına, yəni dünya dəniz ticarətinin əsas yollarına çıxışının qarşısını almaq istəyir.

İkincisi, İran məqsədyönlü şəkildə Yəmən Silahlı Qüvvələri və husiləri “Əl-Əqsa tufanı” əməliyyatına qoşulduğunu, Yəmənin İsrailə müharibəsi kimi dünya mətbuatına yansıtdı. Tehran bununla müharibəyə digər ərəb ölkələrini də cəlb etmək, növbəti bir Ərəb-İsrail müharibəsini çıxartmaq istəyir. İstisna deyil ki, Tehran bu məqsədlə Suriya, İraq və Livanı da müharibəyə cəlb etməyə çalışır. Mümkündür ki, İraqdakı “Həşdi Şabi” qruplaşması da yaxın zamanlarda prosesə qoşulduğunu elan edəcək. 

Üçüncüsü, İran HƏMAS-İsrail müharibəsinin uzanmasında, rəsmi Təl-Əvivin resurslarının tükətməsində və ciddi itkilər verməsində maraqlıdır. Bununla İran uranı zənginləşdirib, nüvə silahını əldə etmək, habelə İsrail təhdidini üzərindən uzaqlaşdırmaq istəyir.

Müəllif: Politoloq Turan Rzayev

Niyaz Hacıyev 

Son Xəbərlər