Gündəlik məzənnə

21 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

İsrail Müdafiə Qüvvələri müharibə hazırlığı vəziyyəti elan edib.


İsrail Müdafiə Qüvvələri müharibə hazırlığı vəziyyəti elan edib.
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

İsrail Müdafiə Qüvvələri müharibə hazırlığı vəziyyəti elan edib.

İsrail Müdafiə Qüvvələri müharibə hazırlığı vəziyyəti elan edib. Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.

Xeberoxu.Az xəbər verir ki, “İsrail Müdafiə Qüvvələri müharibəyə hazır vəziyyət elan edir. Baş Qərargah rəisi hazırda vəziyyəti qiymətləndirir və ordu əməliyyatlarının davam etdirilməsi planlarını təsdiqləyir”, - deyə məlumatda bildirilir.

Eyni zamanda ölkənin cənub və mərkəzi rayonlarının sakinlərinə sığınacaqlardan uzağa getməməyə, Qəzza zolağının yaxınlığındakı əhali isə sığınacaqlara getməyə çağırılıb.
İsrail ordusu “Dəmir qılınc” adı altında antiterror əməliyyatına başladığını elan edib.

Nə baş verir?

Öncə onu deyim ki, bu gün səhər saatlarında etibarən Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. İsrailin cənub və mərkəzi hissələrini hədəfə alan radikallar Aşdod və Aşkelon şəhəri başda olmaqla yaşayış məskənlərini hədəf alıblar. Zərbələr nəticəsində Qederot kəndinə ciddi ziyan dəyib. 

Hücumlara görə məsuliyyəti HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları öz üzərinə götürüb. Açıqlamada İsrailə qarşı “Əqsa tufanı” adlı əməliyyatın başladığı bildirilib və Livandakı silahlı qüvvələrə “İsrailə qarşı müharibəmizə qoşulun” çağırışı edilib.

Martda verilən anons

Hazırkı prosesdə diqqətçəkən məqam şübhəsiz ki, hücumlara görə məsuliyyəti HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının öz üzərinə götürməsidir. Fələstin müstəqillik hərəkatının əsas ideoloqlarından olan İzzəddin əl-Qəssamın adını daşıyan briqada İsrailin başına sözün əsl mənasında bəladır. 

Belə ki, əsas diqqətçəkən xüsusiyyətləri İsrail tərəfindən aşkarlanmağı çətinləşdirmək üçün dağınıq və hüceyrə quruluşuna malik olmalarıdır. Daha dəqiq desək, İzzəddin əl-Qəssam Briqadalarına üzv olan şəxslər bir biri tanımır. Hətta briqada səlahiyyətliləri belə ayrı-ayrılıqda bir-birlərindən xəbərsiz olur. Bu baxımdan ələ keçirilən təşkilat üzvü İzzəddin əl-Qəssam Briqadası haqqında ciddi məlumatı paylaşa bilmir. 

Digər bir diqqətçəkən məqam isə bu gün səhər saatlarından etibarən başladılan hücumların anonsunun 16 martda verilməsidir. 
Belə ki, qeyd edilən tarixdə İzzəddin əl-Qəssam Briqadaları komandirinin müavini Mərvan İsa HƏMAS-a bağlı Əl-Əqsa televiziyasına verdiyi açıqlamasında İsraili “hadisələrlə dolu günlər”lə hədələmişdi. İsa, İordan çayının qərb sahilində və Qüdsdə müqavimət üçün yer və əlavə resurlar əldə etdiklərini strateji təsir sahələrini böyüdəcəklərini elan etmişdi. Bundan başqa, o, "Birbaşa müdaxilə tələb olunduğu zaman xalqımızı  bütün gücümüzlə müdafiə edəcəyik" demişdi.

Mərvan İsa HƏMAS tərəfindən təhlükəsizlik səbəbilə gizlədilən nadir simalardandır. Onun aylar öncə belə bir xəbər verməsi və bu gün də İzzəddin əl-Qəssam Briqadalarının İsrailə hücuma başlaması diqqət çəkir.

Üzdə HƏMAS, pərdə arxasında İran
Hücumlara görə məsuliyyəti HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları öz üzərinə götürsə də prosesin pərdə arxasında
İranın olduğu bəllidir:

Birincisi, 1984-cü ildən başlayaraq İranın adı beynəlxalq hesabatlarda terrorizmi dəstəkləyən dövlətlər sırasına daxil edilib. Hətta ABŞ Dövlət Departamenti tərəfindən 2019-cu ildə tərtib edilən “Terrorla bağlı Ölkələr Hesabatı”nda (Country Reports on Terrorism) bütöv bir fəsil bu gün də eyni imiclə tanınan İrana həsr edilib. Bu hesabatda İranın dövlət strukturlarının qanlı terror aktlarında iştirakı faktlarla sübuta yetirilib. “Hizbullah” “Haşdi Şabi” “Husilər” “ASALA” “PKK” “Həmas” kimi terror təşkilatları və sözdə müstəqillik hərəkatlarını hərbi və maliyyə baxımından dəstəkləyən əsas ölkə də məhz İrandır. 

İkincisi, İzzəddin əl-Qəssam Briqadaları İsrailə qarşı “Əqsa tufanı” adlı əməliyyatın başladığı bildirərkən Livandakı silahlı qüvvələrə “İsrailə qarşı müharibəmizə qoşulun” çağırışı edib. Yəni mümkündür ki, hücumlara həm də Livandan Hizbullah dəstək versin. Nəzərə alsaq ki, Həm Hizbullaha, həm də Həmasa İran dəstək verir, proseslərin pərdəarxasında Tehranın olması mümkündür. 

Üçüncüsü, İsrail Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib. Bundan başqa müharibə hazırlığı vəziyyəti elan edilib. Yəni məsələ təkcə Həmasın, ya da ona bağlı İzzəddin əl-Qəssam Briqadalarının İsrailə hücumu olsa idi, bu qərar verilməzdi. Görünən odur ki, İran bu dəfə daha ciddi və genişmiqyaslı hücumun olması təlimatını verib. 

Müəllif: Politoloq Turan Rzayev

Niyaz Hacıyev 

Son Xəbərlər