Gündəlik məzənnə

25 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

İsrail ordusunun Qəzza zolağına quru hücumu niyə ləngiyir?


İsrail ordusunun Qəzza zolağına quru hücumu niyə ləngiyir?
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

İsrail ordusunun Qəzza zolağına quru hücumu niyə ləngiyir?



Xeberoxu.Az xəbər verir ki, HƏMAS-ın İsrailə hücumu sonrası Qəzzaya zərbələr endirən rəsmi Təl-Əviv quru əməliyyatlarına hazırlaşır. 
Əməliyyatların anonsu verilsə də başlanması ilə bağlı rəsmi məlumat hələlik yoxdur. Bu isə öz növbəsində bir sualı aktual edir: İsrail ordusunun Qəzza zolağına quru hücumu niyə ləngiyir?

Qəzza əməliyyatının üç etabı

Prinsip etibarilə İsrail silahlı qüvvələri Qəzza zolağında quru əməliyyatlarına başlayıb. Yəni hansısa bir gecikmə yoxdur. Sadəcə əməliyyatlar üç mərhələli döyüş strategiyası əsasında baş tutur. 

Birincisi, İsrail ordusu ilk mərhələdə Hərbi Hava Qüvvələrinin imkanlarından istifadə edərək HƏMAS döyüşçülərini məhv etmək, infrastrukturunu dağıtmağı özünə hədəf seçib. 
İsrail ordusu bu prosesə artıq başlayıb. Qəzza zolağı PUA-lar və raket zərbələri ilə intesiv atəşə tutulur. Bunu ilk öncə ona görə edirlər ki, ikinci mərhələdə itkilərin sayı minumum olsun. 

İkincisi, İsrail ordusu növbəti mərhələdə müqavimət ocaqlarını ləğv etmək üçün daha aşağı intensivlikdə döyüşlər keçirməyi hədəfləyir. Söhbət elit xüsusi təlim keçmiş qruplar ilə Qəzza şəhərində, ətraf qəsəbələrdə və yaşayış məskənlərində antiterror əməliyyatlarının keçirilməsindən gedir. Əslində klassik quru əməliyyatları ən real formada bu mərhələdə başlayacaq. 

Üçüncüsü, İsrail ordusunun keçirəcəyi quru əməliyyatlarının sonuncu mərhələsi isə Qəzza zolağında yeni təhlükəsizlik rejiminin yaradılmasıdır.

Bu mərhələ kifayət qədər diqqət çəkir. Çünki İsrail quru əməliyyatlarının yekunu olaraq Qəzzanı ilhaq etmək yox təhlükəsizlik rejimi yaratmaq istəyir. Bu isə öz növbəsində bir daha əməliyyatların antiterror xarakterli olduğu məqsədin HƏMAS-ı məhv etmək olduğunu göstərir. 

İsrail müdafiə naziri Yoav Qallant əməliyyatların üç ay davam edəcəyini bildirib. Bu bir daha əməliyyatların miqyasının böyüklüyündən və dəqiqliyindən xəbər verir.

Bundan başqa İsrail ordusu şimaldan gələ biləcək Hizbullahın hücumlarına qarşı da müdafiə xətti qurur. Çünki son günlər Hizbullahdan gələn hücumlar da intensivləşib. Quru əməliyyatlarının uğurlu olması fonunda İsrail ordusunun Hizbullaha qarşı da əməliyyatlar başlaması və ya cavab zərbələrini sərtləşdirməsi mümkündür.

Gizli sövdələşmə

İsrailin Qəzzada keçirdiyi quru əməliyyatları ilə bağlı diqqətçəkən digər bir məqam da əməliyyatların keçirilməsində Fələstin maraqlı olmasıdır. Məsələ ondadır ki, Fələstin Azadlıq Təşkilatını və Fələstin lideri Mahmud Abbas HƏMAS qruplaşmasının fəaliyyətini və siyasi xəttini Fələstin xalqının təmsilçisi olaraq görmür. Ümumiyyətlə Fələstin Azadlıq Təşkilatı və HƏMAS-ın bir-birinə qarşı mövqeyi heç vaxt yaxşı olmayıb. 

Təsadüfi deyil ki, İsrailin Qəzzaya vurduğu zərbələr və başlamağa hazırlaşdığı quru əməliyyatlara Mahmud Abbas elə də ciddi reaksiya vermədi. Ən əsası Fələstin qüvvələri nə HƏMAS-ın İsrailə hücumuna dəstək verdi, nə də İsrailin Qəzzaya endirdiyi zərbələrə görə, İsrailə zərbələr endirir. 

Mahmud Abbas və Fələstin Azadlıq Təşkilatı indiki məqmada İsrailin HƏMAS-ı məhv etməsini istəyir, hətta bu istiqamətdə bir sıra kəşfiyyat məlumatlarını MOSSAD-la bölüşüb. Fələstinin burada qazanacı əməliyatlardan sonra Qəzaya nəzarətin Fələstinə keçməsidir. Mümkündür ki, Qəzza Fələstin-İsrail ortaq idarəsinə bir rejimlə də idarə edilə bilər.

Müəllif: Politoloq Turan Rzayev

Niyaz Hacıyev 

Son Xəbərlər