Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Laçında emaledici sənaye üzrə istehsalın təşkili mümkündür"- DEPUTAT


"Laçında emaledici sənaye üzrə istehsalın təşkili mümkündür"- DEPUTAT
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Laçında emaledici sənaye üzrə istehsalın təşkili mümkündür"- DEPUTAT

Laçın şəhərinin qısa müddətdə bərpa edilərək yenidən qurulması Azərbaycanın əzmini və strateji iradəsini göstərən əsas faktorlardandır.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O qeyd edib ki, 30 il Ermənistanın işğalında qalan Laçın şəhərinin azad olunması Azərbaycanın müasir tarixinin ən strateji hadisələrindən hesab edilir. İqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən olan Laçın şəhəri hər zaman regionun vacib yaşayış məntəqəsi kimi qəbul edilib. Rayonun həm böyük turizm potensialı, həm aqrar, eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri var. Təbii ehtiyatları ilə fərqlənən rayonda emaledici sənaye üzrə istehsalın təşkili mümkündür. Ermənistanın işğalından öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu.
“Laçın rayonu, həmçinin zəngin təbii ehtiyatlara malikdir. Belə ki, rayonda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Qısa zamanda rayonun dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası mümkün olacaq. Həm Laçının potensialı, həm də infrastrukturunun yenidən qurulması, hava limanının inşa edilməsi daha qısa zamanda Laçın iqtisadiyyatının tam bərpa ediləcəyindən xəbər verir. Gözlənilir ki, artıq reallaşan məskunlaşma, yəni böyük qayıdış prosesinə pararlel olaraq Laçın iqtisadiyyatının inkişafını da müşahidə edəcəyik”, - deyə V.Bayramov diqqətə çatdırıb.

AZƏRTAC

Son Xəbərlər