Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Metronun ilk qadın maşinisti işdən çıxarılıb


Metronun ilk qadın maşinisti işdən çıxarılıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Metronun ilk qadın maşinisti işdən çıxarılıb

“Bakı Metropoliteni” QSC-nin ilk xanım maşinisti Günay Həbibli vəzifəsindən azad edilib.

Xeberoxu.Az-ın əldə etdiyi məlumata görə, onun işdən çıxarılmasına səbəb qatarı idarə edərkən mobil telefondan istifadə etməsi olub.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq maşinist təlimat qaydalarını pozaraq mobil telefonla danışıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov media-ya açıqlamasında faktı təsdiq edib: “Günay xanıma metroda başqa iş təklif edildi. Amma o, həmin təklifi qəbul etməyərək işdən çıxmağı üstün tutdu”.

Qeyd edək ki, Günay Həbibli 2019-cu il aprelin 1-də maşinist kimi işə başlamışdı.

Son Xəbərlər