Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

OMBUDSMAN: "Ermənistanın və onun havadarlarının təxribat xarakterli bəyanatları regionda vəziyyətin normallaşmasına və sülh prosesinə ciddi maneələr yaradır"

"Hesab edirik ki, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının Laçın yolu ilə bağlı son bəyanatı Ermənistanın siyasi manipulyasiyalar əsasında formalaşdırdığı saxta iddiaların dəstəklənməsi prosesinin davamıdır".

Xeberoxu.Az
xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının bəyanatına cavabında deyilir.

“Biz Avropa Şurasının komissarından vəziyyətin normallaşmasına töhfə verə biləcək daha qərəzsiz bəyanat gözləyirik ki, bu da hazırda çox vacib olan sülh prosesinə mühüm töhfə verəcək. Ağdam-Xankəndi yolunun açıq olmasına və humanitar yardım üçün bütün yüklərin daşınması təklif edilməsinə baxmayaraq, Ermənistanın və onun havadarlarının təxribat xarakterli bəyanatları regionda vəziyyətin normallaşmasına və sülh prosesinə ciddi maneələr yaradır. Biz Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarını dövlətlərin ərazi bütövlüyü prinsipinə hörmət etməyə, regionda mövcud vəziyyəti dərindən öyrənməyə, siyasi manipulyasiyaya xidmət edən və sülhün bərqərar olması prosesinə xələl gətirən maneələrlə mübarizə aparmağa və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərini müdafiə etməyə çağırırıq",- deyə o qeyd edib.

Son Xəbərlər