Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Parlamentin aqrar siyasət komitəsinin iclası keçirilib


Parlamentin aqrar siyasət komitəsinin iclası keçirilib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Parlamentin aqrar siyasət komitəsinin iclası keçirilib

Sentyabrın 19-da Milli Məclisin Aqrar siyasət komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

Xeberoxu.Az
Milli Məclisə istinadən xəbər verir ki, iclası açan komitə sədri Tahir Rzayev 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini xatırladıb və Heydər Əliyevə ümumxalq məhəbbətinin sonsuz və tükənməz olduğunu vurğulayıb.

Komitə sədrinin təklifi ilə iclas iştirakçıları Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Tahir Rzayev bildirib ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib. Bunlar 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Aqrar siyasət komitəsində görülən işlər barədə hesabat, komitənin 2023-cü il payız sessiyası üçün iş planının layihəsi və “Ovçuluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsidir.

Son Xəbərlər