Gündəlik məzənnə

18 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Prezident həmkarını təbrik etdi


Prezident həmkarını təbrik etdi
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Prezident həmkarını təbrik etdi

Prezident İlham Əliyev Kuba Prezidenti Zati-aliləri Migel Dias-Kanel Bermudesə təbrik məktubu ünvanlayıb.

Xəbəroxu.Az  xəbər verir ki, məktubun mətnində deyilir:

“Hörmətli cənab Prezident,
Kuba Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Xoş ənənələrə əsaslanan Azərbaycan-Kuba əlaqələri bu gün uğurla inkişaf etməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Kuba xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.

Son Xəbərlər