Gündəlik məzənnə

25 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Prezident Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı ilə bağlı Sərəncam imzalayıb


Prezident Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı ilə bağlı Sərəncam imzalayıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Prezident Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı ilə bağlı Sərəncam imzalayıb

Prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinə maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.

Xeberoxu.Az xəbər verir ki, Prezidentin Sərəncamında deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasında dini dəyərlərin qorunması və daha da inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1,0 (bir) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 sentyabr 2023-cü il".

Son Xəbərlər