Gündəlik məzənnə

25 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Prezident “Total Energies” şirkətinin baş icraçı direktorunu qəbul edib


Prezident “Total Energies” şirkətinin baş icraçı direktorunu qəbul edib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Prezident “Total Energies” şirkətinin baş icraçı direktorunu qəbul edib

Prezident İlham Əliyev bu gün “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyanneni qəbul edib.

Xeberoxu.Az
 xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Görüşdə “Abşeron” yatağında hasilatın başlanılması vurğulandı və layihənin parametrləri barədə dövlətimizin başçısına ətraflı məlumat verildi. Qeyd edildi ki, hasilat quyusu ən məhsuldar və ən aşağı karbon tullantılarına malik quyudur. Bu da yatağın potensialının zənginliyinin və perspektivinin aydın göstəricisidir.

Söhbət zamanı “Total Energies” şirkətinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi, o cümlədən “Abşeron” yatağının tam işlənmə mərhələsinə keçməsi barədə fikir mübadiləsi aparıldı, şirkət tərəfindən layihələrdə iştirakla bağlı maraq ifadə olundu. Ölkə ərazisində, o cümlədən Naxçıvanda bərpaolunan enerji layihələrinin həyata keçirilməsi perspektivi və potensialı müzakirə edildi.

Son Xəbərlər