Gündəlik məzənnə

28 Oktyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Putin Azərbaycana yeni səfir təyin etdi


Putin Azərbaycana yeni səfir təyin etdi
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Putin Azərbaycana yeni səfir təyin etdi

Rusiya Azərbaycana yeni səfir təyin edib.

Xəbəroxu.Az TASS-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin sərəncamı ilə Mixail Yevdokimov bu vəzifəyə təyin olunub.

O bu vəzifədə Mixail Boçarnikovu əvəz edəcək.

Diplomat bu təyinata qədər Rusiya XİN-in MDB ölkələri üzrə Birinci departamentinin direktoru vəzifəsini icra edib. Yeni səfir uzun illər ərzində Rusiya XİN-də çalışıb. İngilis və fransız dillərini bilir. 

64 yaşlı Yevdokimov evlidir, bir oğlu var.

Qeyd edək ki, Yevdokimov 2019-cu ilin sentyabrından 2-ci dərəcəli fövqəladə və səlahiyyətli səfir diplomatik statusuna sahibdir.

Xatırladaq ki, M.Boçarnikov 2018-ci ildə Rusiyanın Azərbaycandakı səfiri təyin edilmişdi. 

Son Xəbərlər