Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Putin Qarabağ haqqında nə dedi?: "Rusiya onilliklərdir ki..."


Putin Qarabağ haqqında nə dedi?: "Rusiya onilliklərdir ki..."
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Putin Qarabağ haqqında nə dedi?: "Rusiya onilliklərdir ki..."

Ermənistan hakimiyyəti Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb.

Xeberoxu.Az
rus mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda çıxışında deyib.

Rusiya lideri Cənubi Qafqazda baş verən son hadisələri şərh edib. 

O, Ermənistan rəhbərliyinin Azərbaycanın Qarabağ üzərində suverenliyini rəsmən tanımasından sonra vəziyyətin dəyişdiyini bildirib .

Rusiya Federasiyasının prezidenti vurğulayıb ki, Praqa bəyanatında Ermənistan bunu kağız üzərində qeyd edib. “İndi prezident Əliyev mənə deyir: “Bilirsiniz ki, Ermənistan Qarabağın bizim olduğunu, Qarabağın statusu məsələsinin artıq mövcud olmadığını, həllini tapdığını bildi”. Ermənistan rəhbərliyi isə bunu açıq şəkildə bəyan etdi, 1991-ci ilə qədər bütün əraziləri Azərbaycan SSR çərçivəsində hesablayaraq, Qarabağın özünün də daxil olduğu bir rəqəmin adını çəkdi ”, - deyə o qeyd edib.

“Əgər belədirsə, bizə deyirlər ki, Qarabağla bağlı nəsə etmək istəyirsinizsə , indi bizimlə bütün məsələləri ikitərəfli əsasda həll etməlisiniz . Burada nə deməliyik? Burada deyiləcək bir şey yoxdur. Çünki Ermənistan özü Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıb”., - Putin əlavə edib.

Putin əlavə edib ki, “Rusiya tərəfi onilliklərdir ki, Bakı ilə İrəvan arasında münaqişənin həlli variantlarını təklif edir”.

Putinin sözlərinə görə, humanitar xarakterli, eləcə də Rusiya sülhməramlılarının mandatı ilə bağlı məsələlər həll olunmamış qalır: “Təbii ki, burada humanitar komponent və sülhməramlılarımızın mandatı ilə bağlı başqa məsələlər də yaranır. Mandat hələ də qüvvədədir, lakin humanitar xarakterli, orada hər cür etnik təmizləmənin qarşısını alan məsələlər, təbii ki, aradan qalxmayıb və mən bununla tamamilə razıyam”,-deyə o Cənubi Qafqazla bağlı fikirlərini yekunlaşdırıb.

Son Xəbərlər