Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Qarabağdakı vəziyyət Azərbaycanın daxili işidir": Rusiya Dövlət Dumasının sədri


"Qarabağdakı vəziyyət Azərbaycanın daxili işidir": Rusiya Dövlət Dumasının sədri
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Qarabağdakı vəziyyət Azərbaycanın daxili işidir": Rusiya Dövlət Dumasının sədri

Qarabağdakı vəziyyət Azərbaycanın daxili işidir, çünki Ermənistan onun ərazi bütövlüyünü tanıyıb .

Xeberoxu.Az
rus mətbuatına istinadən xəbər verir, bunu Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.

“2022-ci ilin oktyabrında Avropa İttifaqının himayəsi altında Praqada sammit keçirildi və bu sammitdə Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və MDB-nin 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha təsdiq etdilər. Bu o deməkdir ki, hər iki tərəf keçmiş sovet respublikalarının sərhədləri daxilində bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyıb”, - rusiyalı spiker Telegram-da yazıb.

Volodinin sözlərinə görə, bundan sonra, 2023-cü ilin mayında bu, Brüsseldə yenidən təsdiqlənib. “...Bu qərarlara əsaslanaraq, hüquqi baxımdan bu gün Bakı öz ərazisində fəaliyyət göstərir. Qarabağdakı vəziyyət Azərbaycanın daxili işidir”, - deyə Volodin qeyd edib.

Son Xəbərlər