Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Qərbi Azərbaycan İcması Argentina prezidentinin açıqlmasını rədd edib


Qərbi Azərbaycan İcması Argentina prezidentinin açıqlmasını rədd edib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Qərbi Azərbaycan İcması Argentina prezidentinin açıqlmasını rədd edib

Qərbi Azərbaycan İcması Argentina Prezidenti Alberto Fernandesin BMT Baş Assambleyasında anti-Azərbaycan açıqlamasını qətiyyətlə rədd edir.

Xeberoxu.Az xəbər verir ki, Qərbi Azərbaycan İcması bu barədə bəyanat yayıb.

Bəyanatda Argentina Prezidentinin ölkəsinin ağır sosial-iqtisadi məsələlərini, yoxsulluq, korrupsiya kimi problemlərini həll etmək əvəzinə özünə aid olmayan məsələlərə, həm də diletant münasibət bildirdiyi qeyd olunur.

“Hiss olunur ki, onun beynəlxalq münasibətlər, beynəlxalq hüquq, coğrafiya barədə bilikləri çox səthidir. “Azərbaycanı Dağlıq Qarabağı nəzarətə götürmək”də ittiham etmək Argentinanı Mendoza əyalətini nəzarətə götürməkdə ittiham etmək kimi bir şeydir.
Azərbaycanı “etnik, dini, irqi təqibdə”də ittiham edən Alberto Fernandesə Argentinada XIX əsrdə köklü tayfaların məhv edildiyini xatırladır və diqqəti bu məsələlərə yönəltməyə çağırırıq”, - deyə bəyanatda bildirilir.

Son Xəbərlər