Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Qərbi Azərbaycan İcması beynəlxalq birliyə müraciət ünvanlayıb


Qərbi Azərbaycan İcması beynəlxalq birliyə müraciət ünvanlayıb
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Qərbi Azərbaycan İcması beynəlxalq birliyə müraciət ünvanlayıb

Qərbi Azərbaycan İcması Ermənistan ordusunun sentyabrın 1-də səhər saatlarından etibarən Göyçə mahalının Zod kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində Ordumuzun 4 hərbi qulluqçusunun yaralanması ilə bağlı dünya birliyinə müraciət ünvanlayıb.

İcmadan Xeberoxu.Az-a daxil olan müraciətdə Ermənistanın bu təxribatı şiddətlə qınanıb və Ermənistan hökumətindən bəd əməllərini dərhal dayandırması tələb edilib.

“Ermənistan tərəfinin bu mənfur təxribatı məhz Göyçə mahalı istiqamətindən etməsi Qərbi Azərbaycan İcması üçün əlavə həssaslıq doğurur. Xatırladaq ki, Göyçə mahalı, o cümlədən Zod kəndi azərbaycanlıların kompakt şəkildə yaşadıqları ərazi olub. Ermənistan hökuməti Ermənistanın digər bölgələri kimi, Göyçə mahalının azərbaycanlı əhalisini də etnik təmizləməyə məruz qoyub, onların məscidlərini, qəbiristanlıqlarını və mədəni abidələrini dağıdıb. Hazırda Ermənistanın təxribat törətdiyi Zod aşırımı çoxlu sayda mülki azərbaycanlının soyuq qış aylarında Ermənistanın təqibləri və zorakılığından qaçarkən həlak olduğu məkandır.

Ermənistan hökuməti İcmanın sülh və barışığa əsaslanan çoxsaylı müraciətlərinə baxmayaraq, azərbaycanlıların öz vətənlərinə qayıtmasına imkan vermir.

Qərbi Azərbaycan İcması dünya birliyini hərbi təxribatlarına son qoyması, etnik təmizləməyə məruz qalmış azərbaycanlıların sülh yolu ilə təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasına imkan verməsi üçün Ermənistana təzyiq göstərməyə çağırır”, - deyə müraciətdə bildirilib.

Son Xəbərlər