Gündəlik məzənnə

22 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Qondarma qurum özünü buraxdı: Bayrağımız ucalır, qələbəmiz tamamlanır!


Qondarma qurum özünü buraxdı: Bayrağımız ucalır, qələbəmiz tamamlanır!
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Qondarma qurum özünü buraxdı: Bayrağımız ucalır, qələbəmiz tamamlanır!

Xankəndindəki qondarma "artsax respublikası" rəsmi olaraq ləğv edildi.Qondarma rejimin "prezidenti" Samvel Şahramanyan bununla bağlı "fərman" imzalayıb.


Xeberoxu.Az xəbər verir ki,“Sənəd”də diqqətçəkən məqamlar var:

1. 2024-cü il 1 yanvara kimi Qarabağdakı rejim öz fəaliyyətini tam olaraq dayandıracaq. Tabeliyindəki bütün “qurum” və “təşkilatlar” ləğv ediləcək;

2. Azərbaycan Konstitusiyasına uyğun olaraq silahı yerə qoyan şəxslər və mülki ermənilərin Laçın yolundan sərbəst keçidi təmin ediləcək;

3. Azərbaycanın təklif etdiyi reinteqrasiya tədbirləri ilə tanış olduqdan və bununla razı olduqdan sonra Qarabağı tərk edən ermənilər geri qayıdıb yaşaya biləcəklər;

“Qurum” və “təşkilatlar”ın ləğv ediləcək olması gələcəkdə separatçılığın yenidən vüsət alması, habelə bunun nəticəsi olaraq işğala cəhd ehtimallarını sıradan çıxarır.

Azərbaycan Konstitusiyasına uyğun olaraq silahı yerə qoyan şəxslər və mülki ermənilərin Laçın yolundan sərbəst keçidinin təmin edilməsi isə rəsmi Bakının əvvəldən verdiyi sözdür. 

Reinteqrasiya prosesi ilə tanış olan və Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərin Qarabağa qayıtmasına icazənin verilməsi isə növbəti humanist addımdır. 

Beləliklə, 44 günlük İkinci Qarabağ müharibəsi ilə əldə etdiyimiz tarixi qələbə bu gün rəsmi şəkildə tamamlandı. “Miatsum”, “böyük ermənistan” kimi “ideyalar”məhv oldu. Bu ideologiyanın əsasını “artsax” təşkil edirdi. Xankəndidə bayrağımızın dalğalanması gözlənilir.

İndiki məqamda əsas məsələ Rusiya sülhməramlılarının səlahiyyət müddəti bitdikdən sonra Azərbaycanı tərk etməsidir. Sülhməramlıların səlahiyyət müddətinin uzanması, kontingentin say tərkibinin bu və ya başqa formada artırılması gələcəkdə separatçılığın yenidən oyanma riskini aktuallaşdıra bilər.

Müəllif: Politoloq Turan Rzayev


Son Xəbərlər