Gündəlik məzənnə

18 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Qranada görüşündə Bakı və İrəvan bir-birlərinin ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini açıq şəkildə bəyan etməlidirlər"- Aİ


"Qranada görüşündə Bakı və İrəvan bir-birlərinin ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini açıq şəkildə bəyan etməlidirlər"- Aİ
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Qranada görüşündə Bakı və İrəvan bir-birlərinin ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini açıq şəkildə bəyan etməlidirlər"- Aİ

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında Brüsseldə baş tutmuş görüş zamanı Azərbaycan və Ermənistan liderlərinin oktyabrın 5-də Avropa Siyasi İcması Sammiti çərçivəsində Qranadada keçirilməsi gözlənilən görüşünə dair intensiv fikir mübadiləsi aparılıb.

Xeberoxu.Az xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişelin mətbuat xidmətinin görüşdən sonra yaydığı bəyanatında bildirilib.

Bildirilib ki, görüş iştirakçıları normallaşma səylərinin davam etdirilməsi üçün Qranadada mümkün görüşdən istifadə etməkdə Ermənistan və Azərbaycanın ortaq marağı olduğunu vurğulayıblar.

Əlavə olunub ki, bununla əlaqədar olaraq, Armen Qriqoryan və Hikmət Hacıyev Ermənistan-Azərbaycan sülh prosesinin irəliləyişinə nail olmaq üçün mümkün Qranada görüşündə sərhədlərin delimitasiyası, təhlükəsizlik, kommunikasiya, humanitar məsələlər və daha geniş sülh müqaviləsi kimi mümkün konkret addımlarla bağlı danışıqlarda iştirak ediblər.

“Normallaşma prosesinin bütün istiqamətlərində konkret fəaliyyət və qətiyyətli kompromis həllərə ehtiyac var. Aİ hesab edir ki, Qranadada keçiriləcək mümkün görüşdən həm İrəvan, həm də Bakı daha əvvəl Praqada və Brüsseldə əldə edilmiş razılaşmalara uyğun olaraq, bir-birlərinin ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini açıq şəkildə bəyan etmək üçün istifadə etməlidir”, - bəyanatda vurğulanıb.

Son Xəbərlər