Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Rüstəm Minnixanov: "Tatarlar və azərbaycanlılar dil baxımından da tarixən çox yaxındır"


Rüstəm Minnixanov: "Tatarlar və azərbaycanlılar dil baxımından da tarixən çox yaxındır"
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Rüstəm Minnixanov: "Tatarlar və azərbaycanlılar dil baxımından da tarixən çox yaxındır"

"Hörmətli İlham Heydər oğlu, hər şeydən əvvəl gözəl ölkədə olmaq imkanına, Sizin dəvətinizə görə təşəkkür etmək və əlbəttə, Sizə - Azərbaycan Prezidentinə və bizim Prezidentə minnətdarlığımı bildirmək istərdim. Biz ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə regional səviyyədə də ciddi töhfə veririk".

Xəbəroxu.Az xəbər verir ki, bunu Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov iyunun 17-də Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilə görüşü olub.

"Tatarlara və azərbaycanlılara gəlincə, biz dil baxımından da tarixən çox yaxınıq. Siz bu qəsəbədəki vətəndaşlarınızla danışırsınız və mən praktik olaraq hər şeyi başa düşürəm. Əlbəttə, bu gün biz tikintisi davam edən məsciddə olduq. Bütün bunlar bizə çox yaxındır və bütün bunlar bizi çox yaxınlaşdırır. Bizim birinci Prezidentimiz Mintimer Şaymiyev, onun və Tatarıstanın yaxın dostu Heydər Əliyev münasibətlərimizin möhkəm təməlini qoyublar", - o vurğulayıb.

Son Xəbərlər