Gündəlik məzənnə

4 Mart 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Saakaşvilinin Zəngəzur təklifinin arxasındakı mübhəm: Onu kim danışdırır? – Təhlil


Saakaşvilinin Zəngəzur təklifinin arxasındakı mübhəm: Onu kim danışdırır? – Təhlil
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Saakaşvilinin Zəngəzur təklifinin arxasındakı mübhəm: Onu kim danışdırır? – Təhlil

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ötəngünkü paylaşımı diqqət çəkir. Saakaşvili Azərbaycan və Ermənistan liderlərinə müraciət edərək bildirib ki, “biz hazırda Cənubi Qafqazda, xüsusən də Azərbaycanın Naxçıvana birbaşa çıxış əldə edəcəyi dəhlizlə bağlı potensial hərbi qarşıdurma təhlükəsi ilə üz-üzəyik”.

Xeberoxu.Az xəbər verir ki, O, deyib: “Moskva Azərbaycanla Ermənistan arasında yeni hərbi münaqişənin qızışdırılmasında, regiona öz ordusunun daha çox hissəsini yerləşdirməkdə maraqlıdır”.

Qərbin tezisi 

Mixail Saakaşvilinin yanaşması və səsləndirdiyi fikirlər əsassızdır. Ümumiyyətlə o, fikirlərini səsləndirərkən konkret dəlil, sübut, ya da fakt göstərmir. Bu da onun dediklərini sadəcə əsassız iddia edir.

Əvvəla ona görə ki, Azərbaycanın Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərinə heç bir iddiası yoxdur. Bunu Prezident İlham Əliyev də çıxışlarında bir neçə dəfə açıq şəkildə bildirib. 
Rəsmi Bakı 10 noyabr bəyanatında qeyd edilən kommunikasiya və nəqliyyat xətlərinin açılması, habelə maneəsiz hərəkətin təmini məsələsini Ermənistandan tələb edir. Lakin bu heç bir halda Azərbaycanın Ermənistana qarşı ərazi iddiası və ya hərbi gərginlik başlatmaq niyyətində olduğuna dəlalət etmir. 

Elə isə sual yaranır: Mixail Saakaşvilinin indiki məqamda belə bir açıqlama verməsinin səbəbi nədir?

Saakaşvilinin dediklərinə diqqətli baxdıqda onun öz subyektiv yanaşması və ya fikirləri olmadığı aydın şəkildə görünür. Xüsusilə də  Azərbaycanın guya “Ermənistan ərazisinə” iddiası və müharibə təhlükəsi haqda dedikləri konkret tezislərdir. Tezislərin Qərbdən gəldiyi isə açıq şəkildə görünür. Müqayisə üçün deyim ki, bir müddət öncə “Politiko” nəşri yazırdı ki, ABŞ Dövlət katibi Antoni Blinken Konqresin bir qrup nümayəndəsinə xəbərdarlıq edib ki, onun ofisi Azərbaycanın Ermənistana qaçılmaz müdaxiləsi ehtimalını izləyir.

Blinken sonradan bu məlumatın doğru olmadığını bildirsə də Fransa, Almaniya başda olmaqla əksər Qərb ölkələrinin rəsmiləri, habelə media orqanlarında da geniş şəkildə müzakirə edildi və edilməkdə davam edir. 

Bu mənada indi də Saakaşvilinin belə bir iddia ilə çıxış etməsi, bu istiqamətdə Qərbin apardığı propaqandanın və qara PR-ın davam etdiyini göstərir. 

Zəngəzur və “Saakaşvili variantı”

Saakaşvili Zəngəzur dəhlizi məsələsinin də fərqli şəkildə icra edilə biləcəyini deyib:

“Əslində, dünyada bənzər məsələnin həlli ilə bağlı daha ağrısız və müsbət nümunələr var. Onlardan biri də Moldova ilə Ukrayna arasındakı yol icrası müqaviləsidir. Mən Odessa qubernatoru olanda buradan Dunay bölgəsinə gedirdim. Magistralın qalan hissəsini əsaslı şəkildə yeniləmişəm. Moldova bu yolu icarəyə götürməklə böyük iqtisadi gəlir əldə edirdi” - Saakaşvili deyib.

Saakaşvilinin təklifi diqqət çəksə də icrası istiqamətində bir çox suallar yaradır:

Birincisi, Zəngəzura dair məsələ onsuz da 10 noyabr bəyanatında öz əksini tapıb. Saakaşvilinin təklif etdiyi variant bəyanatı təhrif edir.

İkincisi, Ermənistan ilə Azərbaycanın Zəngəzura yanaşması eyni deyil. Rəsmi İrəvan məsələnin yol prinsipi ilə, Bakı isə dəhliz prinsipi ilə həll edilməsini istəyir. Saakaşvilinin təklifi isə birbaşa Ermənistan maraqlarına uyğundur. Yəni məsələnin yol prinsipi ilə həll edilməsini təklif edir.

Üçüncüsü, rəsmi Bakı bu təkliflə razılaşsa belə müqavilənin neçə illik, hansı qiymətlərdə tənzimlənəcəyi məsələsi gündəmə gəlir. Onsuz da Ermənistanla həllini gözləyən kifayət qədər məsələ var ikən yeni problemli məsələlər yaratmaq prosesi uzatmaqdan başqa işə
yaramayacaq. 

Müəllif: Politoloq Turan Rzayev

Niyaz Hacıyev 

Son Xəbərlər