Gündəlik məzənnə

21 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

İki günlük maqnit qasırğası XƏBƏRDARLIĞI


  • 0
İki günlük maqnit qasırğası XƏBƏRDARLIĞI
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

İki günlük maqnit qasırğası XƏBƏRDARLIĞI

Bu gün Yer kürəsini maqnit qasırğası bürüyəcək. 

 Xəbəroxu.Az xarici mediaya istinadən bildirir ki, iki günlük maqnit qasırğası zəif olacaq. Proqnoza görə, onun gücü 4 bal olacaq. Ancaq bu günlərdə bir çox insanlar özlərini yorğun hiss edə bilər və xəstəliyin şiddətlənmə riski artacaq.

Maqnit qasırğası planetimizin geomaqnit sahəsində günəş partlayışları nəticəsində yaranan pozğunluqdur. Onlar meteohəssasların, yaşlıların və xroniki xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir.
Qasırğaanın mənfi təsirlərini minimuma endirmək üçün qasırğadan əvvəlki günlərdə və qasırğa zamanı sağlam həyat tərzi vərdişlərinə əməl edin. Belə günlərdə stressdən, ağır yüklərdən uzaq olmaq lazımdır. Fast food, yağlı, qızardılmış, duzlu və ədviyyatlı qidaları az yemək vacibdir. Bunun əvəzinə daha çox tərəvəz və meyvə yeyin, həkimlər məsləhət görürlər.

Qəhvə, siqaret və spirtdən imtina edin.

Otağı mütəmadi olaraq havalandırın və təmiz havada ən azı qısa bir gəzintiyə çıxmağa çalışın. Mümkünsə, günün eyni vaxtında yatın və kifayət qədər yuxu aldığınızdan əmin olun.

Son Xəbərlər