Gündəlik məzənnə

23 Dekabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

"Günah onları teatra işə götürüb, bədbəxt edənlərdədir"


  • 0
"Günah onları teatra işə götürüb, bədbəxt edənlərdədir"
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

"Günah onları teatra işə götürüb, bədbəxt edənlərdədir"

"Ailə tərbiyəsi başqadır, teatr tərbiyəsi başqa. Aktyorda teatr tərbiyəsi olmalıdır. Tamaşa vaxtı səhnə arxasında gəzmək, səs salmaq olmaz. İsgəndərin monoloqunu deyəndə, səhnədə təkəm və  zalda tam sakitçilikdir. Baxıram arxada kimsə danışır, səsindən tanıyıram. Kulisə gedəndə özünə də dedim. Bu, mane olur. Bilə-bilə cibinə telefon qoyub səhnəyə çıxanlar olur". 

Xeberoxu.az bildirir ki, bu sözləri Əməkdar artist Anar Heybətov "Dikdaban" proqramında deyib. Aktyor teatrda gördüyü qüsurlardan danışıb:

"Teatrın yazılmamış qanunları var. Adi küçə ayaqqabısı ilə səhnəyə çıxmaq olmaz. Amma elə aktyorlar var ki, evdən necə gəlirsə, elə də səhnəyə çıxır. Olmaz, paltarını dəyişməlisən. İlk növbədə onlar özlərinə, işlərinə hörmət etməlidirlər. İş yerini sevməlidirlər. 

Mən səhnədə aktyorun zalda oturan şəxslə mesajlaşdığını görmüşəm. Gedib, dəqiqləşdirmək üçün özündən soruşmuşam, gülüb, təsdiqləyib. "AzDrama"da işlədiyim üçün, oradan danışıram. Bilmirəm, başqa teatrlarda necədir.

Günah belələrini illər əvvəl teatra işə götürüb, bədbəxt edənlərdədir. Əllərindən nə aktyorluq, nə də başqa iş gəlir".

Son Xəbərlər