Gündəlik məzənnə

27 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Murad Arifin Heydər Əliyev Sarayında “Hitmaker” adlı solo konserti baş tutub.


  • 0
Murad Arifin Heydər Əliyev Sarayında “Hitmaker” adlı solo konserti baş tutub.
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Murad Arifin Heydər Əliyev Sarayında “Hitmaker” adlı solo konserti baş tutub.

Ötən gecə müğənni-bəstəkar Murad Arifin Heydər Əliyev Sarayında “Hitmaker” adlı solo konserti baş tutub.


Xeberoxu.az  bildirir ki, gecəyə xüsusi hazırlaşan müğənni konsertdən öncə media nümayəndələrinin suallarını cavablayıb. O gecəyə xüsusi hazırlaşdığını qeyd edib.
“Həyəcan var. Bu da məsuliyyətdən irəli gəlir. Gecə-gündüz hazırlaşdıq ki, qonaqlar üçün unudulmaz gecə hazırlayaq. Düşünürəm ki, buna nail olduq. Sürprizli, bol əyləncəli, gözəl ifalı bir “Hitmaker” olacaq”. 
Müğənni  növbəti konsertin də anonsunu verməkdən çəkinməyib. 
Gur işıqların, maskalı rəqqasların arasında səhnəyə çıxan müğənni ilk olaraq "Partlat" mahnısını ifa edib. Ard-arda sevilən mahnılarını səsləndirən müğənni tamaşaçılarla söhbət etməyi də unutmayıb:
“Burada olmaq necə inanılmaz bir hissdir. Düşündüm ki, ikinci konsertdir, həyəcan azalar. Amma yox. Həyəcan azalmır. Adətən deyirlər ki, ikinci mahnıdan sonra rahat olursan. Bu da məsuliyyətdən irəli gəlir.  Tamaşaçıya sevgi olan yerdə heç vaxt həyəcan azalmır”.
Səhnə dekorasiyası, səhnə işıqları, rəqslər və hekayələrlə gecəyə rəng qatan müğənni anasına, bacısı, aparıcı Könül Arifqızına, həyat yoldaşına və övladlarına təşəkkürünü bildirib. 
Muradın konserti sürprizsiz də keçməyib. O, yeni "Superstar" mahnısını Əməkdar artist Sevda Ələkbərzadə ilə ifa edib. Səhnəyə eyni zamanda Əməkdar artist Lalə Məmmədova, müğənnilər Elnarə Xəlilova, Dilarə Kazımova da çıxıb. Onların Murad Ariflə duetləri alqışlarla qarşılanıb. 
Murad ənənəsinə sadiq qalaraq tamaşaçıların arasına enərək onlarla fotolar çəkdirib, birlikdə mahnılarını ifa edib. 
Muradı izləməyə gələnlər arasında bəstəkarlar Gövhər Həsənzadə, Vaqif Gərayzadə iş xanımı Ruhiyyə Əliyeva, Xalq artistləri Zülfiyyə Xanbabayeva, Murad Dadaşov, Əməkdar artist Bəhram Bağırzadə, müğənni İlhamə Qasımova, Nura Suri, aparıcılar Leyla Quliyeva, Kamilə Babayeva yer alıb.





Ülkər Rəhmanqızı

Son Xəbərlər