Gündəlik məzənnə

15 İyul 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Xanım İsmayılqızının gecəsinə yığışdılar


  • 0
Xanım İsmayılqızının gecəsinə yığışdılar
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Xanım İsmayılqızının gecəsinə yığışdılar

Şair-bəstəkar Xanım İsmayılqızının “Ömrün Xanım Fəsli” adlı yaradıcılıq gecəsi keçirilib. 


Axşam.az xəbər verir ki, Heydər Əliyev Sarayında keçirilən gecənin aparıcılığını Leyla Quliyeva edib. X.İsmayılqızının səsləndirdiyi şeirlə başlayan tədbirdə şair qonaqlara təşəkkür edib:

"Bura gələn hər kəs böyük sevgi ilə gəlib. Sözə, musiqiyə, burada səhnəyə çıxan sənətkarlara və mənə olan sevgi sizləri bura gətirib. Həyatda ən dəyərli şey vaxtdır. Vaxt böyük sərvətdir, bu sərvəti götürüb gələnlərə gecəmi hədiyyə edirəm. Mən də sizinlə birlikdə konserti oturub izləyəcəyəm. Yorulmuşam".



showpic_el100.jpg 149.05 KB



L.Əliyeva çıxışında "Bu məkanda uzun bir məşqə toplaşmışdıq. Konserti izləmək imkanımız oldu. Bir-birindən əziz, həzin, duyğulu nəğmələr var idi. Konserti izləyərkən könlünüz bahardan payıza, qışda payıza keçəcək. Hər bir nəğmədə Xanım İsmayılqızının duyğusu, keçirdiyi hiss var. Fikirləşirdim ki, sizə necə müraciət edəcəyəm. Xanımlıq valideynlərinizdən adınızdadır. Sonunda sizə Xanım əfəndi kimi müraciət etmək qərarına gəldim" sözlərini söyləyib. 

Konsert zamanı Xalq artistləri Nazpəri Dostəliyeva, Faiq Ağayev, Röya Ayxan, Nəzakət Teymurova, Əməkdar artistlər Lalə Məmmədova, Rəşad İlyasov, Mətanət İsgəndərli, Abbas Bağırov, müğənnilər Çinarə Məlikzadə, Elnur Hüseynov, Ayşən Mehtiyeva, Elnarə Xəlilova, Samir Piriyev və başqaları çıxış ediblər.



278174_ti4nef51gs.jpg 69.39 KB



Onları səhnədə Nərgiz Əliyevanın rəhbərlik etdiyi Royal Strinq Orkestrı və drijor Mustafa Aşurov müşayiət edəcək. 

Bir çox maraqlı məqamların yaşandığı gecədə L.Quliyeva və aktyor Kamran Ağabalayevin şeir dediyi səhnə diqqət çəkib. 

Tədbirdə X.İsmayılqızının "Do və başlanır hər şey" adlı kitabı da təqdim edilib.

Konsertin rejissoru Nail Naiboğlu, informasiya dəstəyi isə Axşam.az saytı olub.


Son Xəbərlər