Gündəlik məzənnə

17 May 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Yanğında ölən şəxs Ramiz Novruzun qohumu imiş


  • 0
Yanğında ölən şəxs Ramiz Novruzun qohumu imiş
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Yanğında ölən şəxs Ramiz Novruzun qohumu imiş

Bu gün səhər saatlarında Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında dəhşətli yanğın baş verib. Yanğın zamanı 1962-ci il təvəllüdlü sahibkar Razi Qasımov vəfat edib.

Xeberoxu.az bildirir ki, yanğında dünyasını dəyişən şəxs mərhum Xalq artisti Ramiz Novruzun qohumu imiş. Bu haqda R.Novruzun qızı, stilist Şəfəq Novruzova məlumat yayıb. O bildirib ki, R.Qasımov onun dayısıdır:

"Tikinti malları olan yerdəki yanğında cəmi bir nəfər rəhmətə gedib. O da mənim dayımdır. Doğma dayım. Anamın qardaşıdır. Bilmirəm xəbəri anama necə deyim".

Qeyd edək ki, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.
269291_dlqm32hnfx.jpg 312.78 KB

Son Xəbərlər