Gündəlik məzənnə

23 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Aİ Tayvan boğazında artan gərginlikdən narahatdır


  • 0
Aİ Tayvan boğazında artan gərginlikdən narahatdır
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Aİ Tayvan boğazında artan gərginlikdən narahatdır

"Avropa İttifaqı Tayvan boğazında artan gərginlikdən narahatdır".

 Xəbəroxu.Az xəbər verir ki, bu barədə bu gün Brüsseldə keçirilən Aİ Şurasının Çinlə bağlı müzakirələrinin yekun sənədində qeyd olunub.

"Şərq və Cənubi Çin dənizləri regional və qlobal rifah və təhlükəsizlik üçün strateji əhəmiyyətə malikdir. Avropa İttifaqı Tayvan boğazında artan gərginlikdən narahatdır. Avropa Şurası status-kvonu güc və ya zorla dəyişdirmək üçün hər hansı birtərəfli cəhdə qarşıdır. Bu, Aİ-nin ardıcıl “Bir Çin siyasəti”ni bir daha təsdiqləyir. Avropa İttifaqı insan hüquqlarına və əsas azadlıqlara hörmətin təşviqinə qətiyyətlə sadiq qalır. Aİ Şurası Çinlə İnsan Haqları Dialoqunun bərpasını alqışlayır. O, məcburi əmək, insan haqları müdafiəçiləri və azlıqlara mənsub şəxslərlə rəftar, Tibet və Sincandakı vəziyyət, habelə Çinin Honq-Konqla bağlı əvvəlki öhdəliklərinə əməl etməməsi ilə bağlı narahatlığını bir daha bəyan edir", sənəddə vurğulanır.

Son Xəbərlər