Gündəlik məzənnə

20 Sentyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Almaniyada "Sabah Gazetesi"nə basqın: 2 türk jurnalist saxlanıldı - FOTO


  • 0
Almaniyada "Sabah Gazetesi"nə basqın: 2 türk jurnalist saxlanıldı - FOTO
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Almaniyada "Sabah Gazetesi"nə basqın: 2 türk jurnalist saxlanıldı - FOTO

Almaniya polisi Türkiyənin "Sabah" qəzetinin Frankfurt şəhərində yerləşən ofisinə basqın edib. Qəzetin Almaniya təmsilçisi İsmail Erel və xəbərlər şöbəsinin müdiri Cəmil Albay saxlanılıb.

 Xəbəroxu.Az "TRT Haber"ə istinadən xəbər verir ki, "Sabah" qəzetinin mənbələrindən alınan məlumata görə, Almaniya polisi jurnalistlərin evlərində və qəzetin ofisində axtarış aparıb, kompüter və telefonları müsadirə edib.

Axtarışın və jurnaliastlərin saxlanmasının səbəbi hələ ki məlum deyil.

İki jurnalistin də azadlığa buraxılması üçün ölkənin Xarici İşlər Nazirliyinin məsələyə müdaxilə etdiyi qeyd olunub.

Diplomatik mənbələr jurnalistlərin həbsinin mətbuat azadlığı baxımından qəbuledilməz olduğunu və bunun Almaniya hakimiyyətinə çatdırıldığını bildirib.

Mənbələr məsələnin həm Ankarada, həm də Berlində etirazlara səbəb olduğunu, jurnalistlərə münasibətin qəbuledilməz olduğunu, jurnalistlərin azadlığa buraxılması üçün Almaniya hakimiyyəti ilə yüksək səviyyəli danışıqların davam etdirildiyini qeyd edib.

1684325940_ismail-erel-cemil-albay-2046397-min (1).jpg 36.09 KB

Son Xəbərlər