Avropa Komisiyası Qarabağdan köçən ermənilərə 5 milyon avro verəcək
Avropa Komissiyası Qarabağdan köçən ermənilər üçün Ermənistana 5 milyon avro verəcək.
Xeberoxu.Az erməni mətbuatına istinadən xəbər verir ki, məlumat Avropa Komissiyasının açıqlamasında əksini tapıb.
Açıqlamada bildirilir ki, Avropa Komissiyası Qarabağdan insanların kütləvi şəkildə Ermənistana gedişini gözləyir. Buna görə də həmin şəxslərin ehtiyaclarını qarşılamaq üçün 5 milyon avro ayırır.
Qeyd edək ki, bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauer ABŞ-ın Qarabağ ermənilərinə yardım üçün Ermənistana 11,5 milyon dollar verəcəyini bildirib.