Gündəlik məzənnə

22 Noyabr 2024
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram

Azərbaycan icması Niderlandda erməni təxribatlarına qarşı etiraz aksiyası keçirib


  • 0
Azərbaycan icması Niderlandda erməni təxribatlarına qarşı etiraz aksiyası keçirib
  • Youtube
  • Telegram
  • TikTok
  • Instagram
  • Instagram

Azərbaycan icması Niderlandda erməni təxribatlarına qarşı etiraz aksiyası keçirib

Hollandiyada fəaliyyət göstərən Azərbaycan icmasının fəalları Haaqadakı Ədliyyə Sarayı qarşısında dinc aksiya keçirib.

Xeberoxu.Az
-ın Xarici KİV-dən əldə etdiyi məlumata görə, Niderland və Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının dəstəyi və “Ana Veten” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə keçirilən aksiya aksiyalara etiraz olaraq keçirilib. 30 ildir Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən Ermənistanın indi də dünya ictimaiyyətini özünün siyasi, hərbi və informasiya manipulyasiya kampaniyası vasitəsinə çevirməyə, eləcə də təxribatlar törətmək cəhdlərinə qarşı mübarizə aparmağa çalışır. 

Aksiya iştirakçıları əllərində “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir”, “Ermənistan sülhü rədd edir və müharibəni seçir”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan faktları təhrif edir, dünya ictimaiyyətini çaşdırır”, “Ermənistan sülh istəyir” şüarları yazılmış plakatlar qaldırıblar. Azərbaycan torpaqlarında erməni əsgəri olmamalıdır!”, “Ermənistan, torpaqlarımızı minalamaqdan əl çək!”, “Erməni minaları dinc insanları öldürür!”, “Erməni minaları = müharibə cinayətləri!”, “Azərbaycan ərazisində ekoloji terrora yox! ”, “Ermənistan İrəvanda Azərbaycan mədəni irsini məhv edir”, “Azərbaycanın təbii sərvətlərinin talanmasına yox!” və s.

Aksiya iştirakçıları beynəlxalq ictimaiyyətdən Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi hərbi və ekoloji terrora son qoymağı, Qarabağda Azərbaycan vətəndaşlarının təhlükəsizliyini və insan haqlarını təmin etməyi, Azərbaycan dövlətinin sülhsevər səylərini dəstəkləməyi tələb ediblər. Bundan əlavə, Haaqa sakinlərinə Ermənistanın hərbi və ekoloji cinayətlərini təsvir edən vərəqələr paylanılıb.

Son Xəbərlər